Mənzilin daxili quruluşunu dəyişən zaman bunlara fikir verin – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Mənzilin daxili quruluşunu dəyişən zaman bunlara fikir verin – VİDEO
Evi daha geniş göstərmək, otaqların sayını artırmaq və daha istifadəli hala gətirmək üçün mənzilin daxili quruluşu dəyişdirilir.

Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, belə hallar yeni tikilən binalarda daha çox müşahidə edilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı belə dəyişiklikləri etməyin mümkün olduğunu deyir. Amma bəzi dəyişikliklər var ki, onlar edilərsə, evə çıxarış alınan zaman problemlər yaşana bilər.

Mənzil sahibi hər hansı otağın sahəsi hesabına digər otağı genişləndirirsə, bu zaman qayda pozuntusu etmiş sayılmır. Amma bir şərtlə ki, binanın dayaq divarlarına toxunulmasın.

Mənzilə çıxarış yalnız binanı tikən şirkətin komitəyə təqdim etdiyi layihəyə uyğun verilir. Əgər bu layihə ilə mənzilin real vəziyyəti arasında fərq olarsa, o zaman yerli icra hakimiyyəti orqanının verdiyi sənədə baxılır.

Ona görə də vətəndaş dəyişiklik etmək istədikdə eskiz layihəsi çəkdirərək müvafiq rayon icra hakimiyyətinə müraciət etməlidir. Əgər icra hakimiyyəti əməkdaşları tərəfindən hər hansı uyğunsuzluq aşkar edilərsə, vətəndaş məhkəməyə verilir və mənzilin əvvəlki hala gətirilməsi tələb olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 109 19.04.17 13:13