Bu dərmanlar Azərbaycanda qadağan olundu – SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Bu dərmanlar Azərbaycanda qadağan olundu – SİYAHI
Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılır.

Median.Az Report.az-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilir.

Belə ki, Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına MT-45 (İC-6) və Asetilfentanil dərman preparatlarının adı əlavə edilir.

Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə alfa-pirrolidinovalerofenon (a-PVP), Metoksetamin (MXE), para-metoksimetilamfetamin (PMMA) və para-metil-4-metilaminoreks (4,4-DMAR) dərman preparatlarının adı əlavə olunur.

Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrinə siyahısına da Fenazepan dərman preparatının adı əlavə edilir.

Dəyişikliklər BMT-nin Narkotiklər üzrə Komissiyasının 2016-cı il mart ayında keçirilmiş sessiyasının iclas qərarına əsasən, narkotiklərə nəzarət üzrə siyahılara 2 narkotik maddə və 4 psixotrop maddə daxil edilməsi ilə əlaqədar təklif olunur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 726 19.04.17 13:07