Tovuzdakı məktəbdə nə baş verir? - “Keçmiş direktorun oğlu şantaj edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Tovuzdakı məktəbdə nə baş verir? - “Keçmiş direktorun oğlu şantaj edir
Tovuzun Qalaboynu kəndində şagirdlərin döyülməsi ilə bağlı yaradılan Komissiyanın işi yekunlaşıb.

Bu barədə “Qafqazinfo” ya rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova məlumat verib. O bildirib ki, komissiya üzvləri bu gün məktəbə gedərək direktordan, müəllimdən və uşaqlardan izahat alıb:

“Uşaqlar izahatında qeyd ediblər ki, onlar müəllim tərəfindən döyülməyiblər. Məktəbin hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov bildirib ki, o həmişə məktəbə mülki geyimdə gəlir, nadirən xüsusi tədbirlər zamanı hərbi geyimdən istifadə edir. Videoda əks olunan şəxs də o deyil. Direktor məlumat verib ki, həmin sinif məktəbə məxsus deyil. Son nəticə ondan ibarətdir ki, həmin video quraşdırılmış videodur. Mənim şübhələrimə əsasən, bu, məktəbin keçmiş direktorunun oğlu, hazırda orada informatika müəllimi işləyən Qəhrəman Nağıyevin əməlidir. O, hazırkı direktoru həmişə şantaj edir. Bildirir ki, onun Bakıda evi var. İstəyəndə dərslərə gələ bilər, istəməyəndə yox. Direktor onun bu nizamsızlığını yola verməlidir. Məktəbin direktoru isə bu cür məsələlərdən imtina etdiyinə görə, Qəhrəman Nağıyev məktəb barəsində şər kampaniyası aparır. Onun barəsində dəfələrlə bu tip məlumatlar yayılıb. İndi də mən onun əməlləri haqqında Təhsil Nazirliyinə, eyni zamanda hüquq- mühafizə orqanlarına müraciət edəcəm”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            993 18.04.17 18:40