Azərbaycanın idarəetmə sistemində yeni struktur yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Azərbaycanın idarəetmə sistemində yeni struktur yaradılır
Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif edilir.

Median.Az-ın Report-a istinadən xəbərinə görə, bu təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub.

Layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır. İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.

Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 137 18.04.17 18:24