Azərbaycanda 2 min sahibsiz avtomobil var: Ölüb, imtina edib və tapılmır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Azərbaycanda 2 min sahibsiz avtomobil var: Ölüb, imtina edib və tapılmır
"Təxminən 15 ildir ki, sahibi tərəfindən atılan, qəzalı vəziyyətdə olan yararlı və yararsız avtomobillər Dövlət Yol Polisinin cərimə meydançalarında saxlanılır. DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, əmlaklar sahibləri tərəfindən hələ də həmin duracaqlardan götürülmür".

Median.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev cebhe.info-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, ötən il təxminən 3 minədək bu cür yararsız avtomobil vardı: "Lakin ilin sonunda bu avtomobilllərin bir qismi sahiblərinə təhvil verildi. Hazırda bu avtomobillərin sayı 2 mindən artıqdır".

Kamran Əliyevin sözlərinə görə, bu cür avtomobillər sırasında sahibi ölən, həddindən artıq istifadəyə yararsız, o cümlədən də sahibi tapılmayan avtomobillər var ki, hələlik mühafizə edilir. DYP rəsmisi qeyd edib ki, saxlanılan bəzi avtomobillər məhkəmə qərarına müvafiq olaraq sahiblərinə təhvil verilmir. Bu cür qəzalı və yararsız avtomobillər cərimə meydançalarında saxlanması üçün heç bir ödəniş tələb olunmur. Yararsız avtomobil sahiblərinə ərizə forması verilir. Sahibi avtomobildən imtina edirsə, ərizə formasını doldurur. Daha sonra bu avtomobillər dövlət tərəfindən "çıxdaş" edilərək "metalloma" verilir.

Avtomobilindən imtina edən sahibi dövlət qeydiyyat nişanları, texniki pasportu varsa, onları təhvil verməli və ərizədə göstərməlidir ki, avtomobil onların adından çıxsın və "çıxdaş" edilərək "metallom"a təhvil verilsin. K.Əliyev bildirir ki, mühafizə olunan avtomobil markaları sırasında sovet dövrünün istehsalı ilə yanaşı yeni model avtomobillər də var. Onlar həddindən artıq istifadəyə yararsız olduğu üçün sahiblənən yoxdur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 537 18.04.17 17:07