Bakıda dəmir yolunda macəra - Qatarı qıza görə saxladı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Bakıda dəmir yolunda macəra - Qatarı qıza görə saxladı - VİDEO
Bakıda qatar yolu əksər hallarda ora qəsdən və ya təsadüfən çıxanlar üçün son məkana dönür. Lakin bu dəfə qatarın maşinisti həmin stereotipi darmadağın edib və gözəlliyin hətta 100 tonlarla dəmirə qalib gəldiyini göstərib.

Median.Az xəbər verir ki, bu gün Sabunçu rayonu ərazisindən keçən dəmir yolu xəttində gənc qızın hərəkəti criminal.az saytının kamerasına düşüb. Bakıxanov qəsəbəsində cavan qız dəmir yolu reysinin yaxınlığında oturur. Qatar gələn zaman isə reysin üzərinə çıxaraq selfie çəkməyə başlayır. Qatar onun bir neçə metrliyinə kimi yaxınlaşıb siqnal versə də, qız buna əhəmiyyət verməyərək selfi çəkməkdə davam edir. Sonra isə reysdən çıxaraq kənarda oturur.

Bu zaman maşinist, deyəsən, lokomotivi ''VAZ-2107'' ilə səhv salmışdı, qatarı saxlayır və başını elektrovozun pəncərəsindən çıxardaraq qızla söhbət etməyə başlayır. Qız isə başını aşağı salaraq ona əhəmiyyət vermir. Bir neçə saniyəlik söhbətdən sonra qatar yoluna davam edir.

Məsafə uzaq olduğundan maşinistin qızı lokomotivə dəvət etməsi və ya tənbeh etməsi başa düşülmür.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 836 18.04.17 15:56