Dəfn mərasimi üçün çadır kirayəsi bahalaşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Dəfn mərasimi üçün çadır kirayəsi bahalaşıb
Azərbaycanda dəfn mərasimi üçün çadır kirayəsi xidməti bu ilin mart ayında əvvəlki ayla müqayisədə 1% bahalaşıb.

Median.Az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, bir günlük çadır kirayəsinin orta aylıq qiyməti martda 93,10 manat təşkil edib. Orta aylıq qiymət yanvarda 90,61 manat, fevralda 91,78 manat olub ki, bu da yanvarda aylıq 3,3%, fevralda isə 1,4% bahalaşma deməkdir.

Qeyd edək ki, dəfn mərasimi üçün çadır kirayəsi istehlak səbətinə daxil olan 100 xidmətdən biridir. Bildirək ki, “İstehlak səbətinə daxil olan məhsulların siyahısı” İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb və Dövlət Statistika Komitəsinin 2016-cı il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilib. Siyahı əhalinin istehlak xərclərinin tərkibində daha az payı olan məhsul və xidmətlərin istehlak səbətindən kənarlaşdırılması, daha çox paya malik olan məhsul və xidmətlərin əlavə olunması və bəzi mövcud məhsulların səciyyəvi xüsusiyyətlərində dəyişikliklərin edilməsi nəticəsində formalaşdırılıb. Yeni istehlak səbəti 150-si ərzaq, 1-i tütün məmulatı, 269-u qeyri-ərzaq məhsulu, 100-ü xidmət növü olmaqla 520 adda məhsul və xidmətdən ibarətdir. Bundan əvvəl isə istehlak səbətinə 159-u ərzaq, 1-i tütün məmulatı, 280-i qeyri-ərzaq, 105-i xidmət olmaqla 545 adda məhsul və xidmət daxil olub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            923 18.04.17 15:24