Azərbaycanda uzunömürlülərin sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:03 Təhsil naziri 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəis təyin edib  |     20:52 AVRO-2020: Son qitə çempionları meydan sahiblərini məğlub edə bilmir - YENİLƏNİR  |     20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |    

Azərbaycanda uzunömürlülərin sayı açıqlandı
Azərbaycan alimlərinin xarici ölkə mütəxssisləri ilə birgə apardığı elmi tədqiqatlar zamanı ölkəmizdə ailəvi uzunömürlülük hallarına rast gəlinib.

Median.Az-ın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, institutun mütəxəssisləri ilə yanaşı, ukraynalı tədqiqatçıların da daxil olduğu alimlər qrupu Lənkəranda ekspedisiyada olub.

İnstitut direktoru qeyd edib ki, burada aparılan işlərin elmi proqramı çox geniş olub:

“Bütün müayinələr əhalinin iki seçimi üzərində paralel aparılır. Birinci qrup uzunömürlülərin özləri (ümumi qəbuledilmiş praktikaya əsasən, yaşı 90 və yuxarı olan insanlar) və onların qohumlarıdır. İkinci qrup isə təsadüfi seçimlər, yəni uzunömürlülük rast gəlinməyən ailələrin nümayəndələridir. Ukraynalı həmkarlar tərəfindən proqrama pasientlərin sümük yaşının təyin edilməsi kimi yeni element daxil edilib. 2 həftə ərzində 90 və daha yüksək yaşı olan 22 adam müəyyən edilərək ətraflı müayinə olunub. Bizim layihənin tətbiq olunduğu Lənkəranda 2 ailəvi uzunömürlülük halına rast gəlinib. Bunlardan birində iki qardaş, o birində bacı-qardaş 90 yaşı ötüblər”.

Qeyd edək ki, rəsmi statistik məlumatlara görə, Azərbaycanda 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

Azərbaycanın bir sıra regionlarında yüksək uzunömürlülük indeksi qeydə alınır. İlkin rəqəmlərə görə, yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            946 10.04.17 11:55