Qəbir üstündə ölünün ruhuna Quranı telefonda oxutmaq olarmı? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Qəbir üstündə ölünün ruhuna Quranı telefonda oxutmaq olarmı? – VİDEO
Mollaya pul verib Quran oxutdurmaqdansa, Yasin surəsinin oxunuşunu mobil telefona yazıb qəbir üstündə səsləndirmək kimin ağlına gələrdi?

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu məsələ isə ən çox qəbiristanlıqda müştəri gözləyən mollaları narahat edir. Onlar şikayətlənirlər ki, daha əvvəlki kimi qazana bilmirlər.

Bu qeyri-adi iddianı qəbiristanlıq mollası olan Mirfaiq Həsənov irəli sürür. Deyir ki, mollaların xidmətindən istifadə edənlər azalıb. Ölüsünə Quran oxutdurmaq istəyənlər Yasin surəsinin oxunuşunu mobil telefona yazıb, qəbir üstündə səsləndirirlər.

Molla deyir ki, bəziləri Quran oxutdurmağa pul vermir, əvəzində bahalı güllər alıb qəbri bəzəyir. Hansı ki, o güllərin ölüyə heç bir xeyri yoxdur.

Din xadimi Hacı Mirhəmid isə deyir ki, qəbrin üstünə gül düzmək ölü yaxınlarının öz işidir. O ki, qaldı Quranın telefonla oxutdurulmasına, bu, düzgün deyil.

Din xadimi bildirib ki, Quran canlı oxunmalı, sonra isə ölünün ruhuna hədiyyə edilməli, yəni tapşırılmalıdır.

Hacı Mirhəmid bildirir ki, daha yaxşı o olardı ki, hər kəs ölüsü üçün öz dili ilə bildiyi surə və ayələrdən oxuyub, ruhuna hədiyyə etsin.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 337 10.04.17 11:53