Türkiyədə Mübariz İbrahimov haqqında film çəkilir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:52 AVRO-2020: Son qitə çempionları meydan sahiblərini məğlub edə bilmir - YENİLƏNİR  |     20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |     19:24 ABŞ-da ziyafətdə atışma olub, 4 nəfər ölüb, 3-ü yaralanıb  |    

Türkiyədə Mübariz İbrahimov haqqında film çəkilir - VİDEO
Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yolundan bəhs edən film çəkib.

Metbuat.az xəbər verir ki, “Youtube” sosial şəbəkəsində “Mübariz” adlı filmin ilk treyleri yayılıb.

Film 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

O, 2010-cu il iyunun 18-də Tərtər rayanunun Çaykəndi yaxınlığında düşməni ağır itkilərə məruz qoyduqdan sonra, qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimovun meyiti 2010-cu il noyabrın 6-da Ermənistan tərəfdən alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Mübariz İbrahimov İkinci Fəxri xiyabanda dəfn olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 968 08.04.17 17:01