"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:03 Təhsil naziri 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəis təyin edib  |     20:52 AVRO-2020: Son qitə çempionları meydan sahiblərini məğlub edə bilmir - YENİLƏNİR  |     20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |    

"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır.

“Azəravtoyol”dan "Qaynar"a verilən məlumata görə, artıq bu çərçivədə işlərin 80 faizi yekunlaşdırılıb. Təzəpir məscidi ətrafındaki yollar 2 zolaqlı, digər yolların isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub.

Yenidən qurulan 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Küçə boyu yalnız yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işi qalıb. Ərazidə yaşayan vətəndaşların rahatlığı üçün hərəkətin məhdudiyyəti müvəqqəti olaraq aradan qaldırılıb.

Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində isə işlərin 90%-i bitib. Hazırda küçədə son tamamlanma işləri aparılır. Piyada səkilərinin tikintisi və küçənin "Statistika dairəsi"nə doğru birləşdirilməsi üçün aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.

Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda genişləndirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Layihəyə əsasən yolun ümumi eni 11-23.5 metr təşkil edəcək.

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də sürətlə işlər davam etdirilir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb.

Füzuli küçəsində də son tamamlanma işləri aparılır. Burda ümumi işlərin 90%-i yekunlaşdırılıb. Hazırda küçədə asfatlanma və piyada səkilərinin tikintisi işləri gedir.

Mirzəağa Əliyev küçəsində isə asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Torpaq işləri və kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan küçədə fiziki işlərin göstəricisi 60% təşkil edir.

Layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə yaradılır. Artıq burda da işlər bitmək üzrədir. Hazırda bu hissədə asfaltlanma işləri aparılır.

Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin xüsusi nəzarəti altında sözügedən küçələrdə sürətlə və ən əsası keyfiyyətlə aparılan işlərin may ayının əvvəllərinə kimi yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və iki növbəli iş qrafiki müəyyən edilib.

"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
"Sovetski”nin yeni görünüşü - FOTO + VİDEO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 496 08.04.17 15:13