Əli Əhmədov: “Bəzi sahibkarlar vicdan hisslərini itiriblər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:52 AVRO-2020: Son qitə çempionları meydan sahiblərini məğlub edə bilmir - YENİLƏNİR  |     20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |     19:24 ABŞ-da ziyafətdə atışma olub, 4 nəfər ölüb, 3-ü yaralanıb  |    

Əli Əhmədov: “Bəzi sahibkarlar vicdan hisslərini itiriblər”
"Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün atılan addımlarda məqsəd ondan ibarətdir ki, bu sahədə problemlər aradan qaldırılsın”.

Median.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, ilk növbədə vacib mexanizmlər yaradılmalıdır: "Bura qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, müvafiq qurumun formalaşdırılmasına qədər olan məsələlər daxildir. Qarşımızda duran digər məsələ isə Azərbaycanda yerli məhsulların xarici ölkələrə ixracı ilə bağlı mexanizmin hazırlanmasıdır. Bütün bunlarla müvafiq komissiya və gələcəkdə yaradılacaq agentlik məşğul olacaq. Amma narahatedici məqam odur ki, bəzi sahibkarlar vicdan hisslərini itiriblər və təhlükəli qidanın idxalı ilə məşğuldurlar. Güman edirəm ki, fəaliyyətə başlayan komissiyamız bunun qarşısını alacaq. Mən istəyərdim ki, bütün bu məsələlərin müsbət həlli üçün ictimai nəzarət də öz rolunu oynasın, dövlətə dəstək olsun. İctimai nəzarət dövlətin qarşısına qoyduğu məqsədlərə çatmaqda mühüm rol oynayır”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            791 08.04.17 14:38