Vasif Talıbov qadın idmançıya ev hədiyyə etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Vasif Talıbov qadın idmançıya ev hədiyyə etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə idman ustası Humay Qafarovaya yeni mənzil hədiyyə edib.

Median.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, V. Talıbov mənzilin açarının təqdimi zamanı deyib ki, muxtar respublikada qızların idmana cəlbinə xüsusi diqqət yetirilir. "Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılıb, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlayıb. Qızların idmana cəlbində Humay Qafarovanın da xidmətləri var”.

Humay Qafarova yeni mənzillə təmin olunduğuna görə V. Talıbova minnətdarlıq edib. O, qızların bədii gimnastikaya cəlbi və bu idman növünün muxtar respublikada inkişafı sahəsində səmərəli fəaliyyət göstərəcəyinə söz verib.

Sonra Ali Məclisin sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.

Vasif Talıbov qadın idmançıya ev hədiyyə etdi
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            915 08.04.17 14:34