Bakıda “ölüm avtobusu” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |     19:24 ABŞ-da ziyafətdə atışma olub, 4 nəfər ölüb, 3-ü yaralanıb  |     19:22 Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir  |     19:00 Azərbaycanda istehlak bazarı cüzi kiçilib  |     18:57 DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır  |     18:55 Vyetnamda 6 nəfər yanğında ölüb  |     18:51 Ekvadorda məhbuslar arasında toqquşmalar olub, ölənlər və xəsarət alanlar var  |     18:44 “Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq  |     18:43 ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var  |     17:44 Azərbaycanda bir gündə koronavirusdan üç nəfər öldü - FOTO  |     17:05 Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir  |     16:34 Aclıq və şəraitsizlikdən bezən hərbi qulluqçular Ermənistan ordusundan kütləvi şəkildə qaçır  |     16:12 Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək  |     14:46 Azərbaycanda dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsinin vaxtı məlum olub  |    

Bakıda “ölüm avtobusu” – VİDEO
Bu inanılmaz görüntülər bir milyarddan çox insanın yaşadığı Hindistanda və ya Çində çəkilməyib, 8 milyonluq Azərbaycanın mərkəzində çəkilib.


Median.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, avtobusun qapılarından 7-8 nəfərin sallaşaraq getdiyi bu yer Abşeron rayonunun Digah qəsəbəsidir.

Avtobus isə üzü Bakıya – “Azadlıq prospekti” metrostansiyasına doğru gəlir. Bəli, bəli, gördüyünüz kimi qapıları açıq, açıq qapılardan sallaşan xeyli insanla birgə.

Bu barədə bu marşrutun daimi sərnişinlərindən biri məlumat verib. Dəhşətli səyahətin hər gün yaşandığını bildirən sərnişin deyir ki, Digahdan Bakıya doğru ölümlə nəfəs-nəfəsə səyahət edirlər. Şikayətçi onu da deyir ki, hər gün bu təhlükəli səfərin yaşandığı avtobus Digahdan Bakıya gələn 147 saylı marşruta aiddir.

Oxucu bildirir ki, bu xəttə hərəkət edən 147 saylı marşrutların demək olar, hamısı hər gün belə təhlükəli səfərlər həyata keçirir və onlarla insanın həyatını riskə atır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Bakıətrafı qəsəbələrə işləyən sərnişin avtobuslarında həmişə sıxlıq müşahidə edilir.

M.Ağayev qeyd edib ki, həmin avtobuslarda sıxlıq daha çox günün pik saatlarında yaşanır:

“Bu da həmin saatlarda yollarda yaranan tıxaclarla bağlıdır. Yollarda tıxac olduğu üçün nəqliyyat vasitələri gecikir, aradakı interval pozulur və sərnişinlər tələsir deyə birinci gələn avtobusa minməyə çalışır. Həmin görüntüdə qeyd edilən 147 saylı marşrutda sıxlıqla bağlı da şikayətlər çox olur”.

M.Ağayev deyib ki, adı çəkilən 147 nömrəli sərnişin avtobuslarının sayı kifayət qədərdir və bir neçə saat üçün sayını artırmağa gərək yoxdur:

“Bu məsələ ilə bağlı BNA olaraq daşıyıcıya müraciət edə bilərik ki, nəqliyyat vasitələri arasında interval elə tənzimlənsin ki, bu problemlə rastlaşmayaq”.

M.Ağayev son olaraq sərnişinlərə də müraciət edərək onları ehtiyatlı olmağa çağırıb:

“İşə, ya harasa gecikmək olar, buna görə dolu avtobusa minmək düzgün deyil. Həyat hər şeydən önəmlidir”.

Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, Bakı şəhəri ərazisində sərnişinlərin avtobus qapılarından sallanaraq getməsi halları var və həmin sürücülər müəyyən olunanda onlar barəsində müvafiq tədbirlər görülür.

K.Əliyevin sözlərinə görə, həmin sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydaları pozulmuş olur və İnzibati Xətalar Məcəlləsində də konkret qeyd edilib ki, nəqliyyat vasitələrinin qapıları bağlanmamış vəziyyətdə hətta yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa görə sürücü İnzibati Xətalar Məcəlləsinin 142-ci maddəsinə görə 40 manat məbləğində cərimə olunur. Amma buna baxmayaraq pik saatlarda bəzi marşrut sürücüləri sıxlıqdan istifadə edərək belə qayda pozuntusuna yol verirlər.

K.Əliyev qeyd edib ki, eyni vaxtda sərnişin avtobuslarının hamısına nəzarət etmək mümkün olmur:

“Biz hətta bir neçə dəfə şirkət rəhbərləri ilə də danışmışıq ki, sürücülərlə təlimat aparsınlar. Əgər hansısa sərnişin avtobusun qapısı açıq vəziyyətdə olarkən yıxılıb bir xəsarət alarsa, bunun məsuliyyəti sürücünün üzərindədir.

Sürücü özü də dərk eləməlidir ki, onun daşıdığı sərnişinin həyatına cavabdehdir. Əgər qapını açıq qoyması səbəbindən hansısa sərnişin yüngül və yaxud ağır bədən xəsarəti alarsa, ölərsə, sürücü həbs oluna bilər. Bir sürücünü cəzalandırmaqla iş bitmir. Sürücü hərəkətinin hansı fəsadlara gətirib çıxaracağını dərk etməlidir. Bu məsələdə diqqətli olmaq lazımdır. Hər şeyə barmaqarası yanaşmaq olmaz. Müəssisələrdə sürücülərlə maarifləndirmə işləri aparılmalıdır”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 741 07.04.17 17:33