Azərbaycana yeni “Boeing 747-8F” təyyarəsi gətirilib – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Azərbaycana yeni “Boeing 747-8F” təyyarəsi gətirilib – FOTO
Aprelin 7-si, cümə günü Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın yük aviaşirkəti “Silk Way Airlines”a məxsus yeni “Boeing 747-8F” təyyarəsinin gətirilməsi ilə əlaqədar rəsmi mərasim keçirilmişdir.

Oxu.Az xəbər verir ki, tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, “Silk Way Holding”in prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur və digərləri iştirak etmişdir.

Yeni gətirilən təyyarə “Silk Way Airlines” üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing” tipli və beşinci “Boeing 747-8F” tipli təyyarədir.

Beləliklə, təyyarənin gətirilməsi “Silk Way Airlines” şirkətinin “Boeing” korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir.

Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edir ki, bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir.

Həmçinin qeyd etmək lazımdır ki, 2005-ci ildən etibarən “Silk Way Airlines” aviaşirkəti həm Amerikanın özəl şirkətləri, həm də ABŞ-ın dövlət sektoru ilə işgüzar münasibətləri inkişaf etdirir və möhkəmləndirir.

“Silk Way Airlines” aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən sertifikatlaşdırılan və tanınan aviadaşıyıcılardan biridir.

US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan vermişdir.

Yeni təyyarənin tədarükü “Silk Way Airlines” aviaşirkətinə uçuşların coğrafiyasını genişləndirməyə, daşınan yüklərin həcmini artırmağa və aviadaşımalar bazarının yeni seqmentlərini əhatə etməyə imkan verəcək.

Həmçinin bu, aviaşirkətə ümumi hava gəmiləri parkının istismar xərclərini azaltmağa və bunun da nəticəsində bütövlükdə gəlirliliyin artırılmasına gətirib çıxaracaq.

Hava gəmiləri parkının genişləndirilməsi ilə “Silk Way Airlines” Azərbaycanın paytaxtından Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honqkonq və Şanxaya mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Cibuti, Nayrobi və Dakkaya yeni reyslərin açılmasını planlaşdırır.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Azərbaycana yeni “Boeing 747-8F” təyyarəsi gətirilib – FOTO
Azərbaycana yeni “Boeing 747-8F” təyyarəsi gətirilib – FOTO
Azərbaycana yeni “Boeing 747-8F” təyyarəsi gətirilib – FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            928 07.04.17 16:20