“Nu poqodi”nin bu seriyasını demək olar heç kim görməyib - VİDEO » Median.Az News Agency


“Nu poqodi”nin bu seriyasını demək olar heç kim görməyib - VİDEO
Sovet cizgi filmləri seriyasından olan "Nu poqodi!" ("Keçərsən əlimə!") hər birimizə uşaqlıqdan yaxşı məlumdur. Çox adam elə bilir ki, bütün seriyaları əzbər bilir. Lakin bu belə deyilmiş.

«Nu poqodi!»də bir seriya var ki, onu demək olar ki, heç kim görməyib.

1970-ci illərin ikinci yarısına dovşan və canavarın iştirakı ilə xüsusi olaraq «Fitil» kinojurnalı üçün 4 seriya çəkildi. Bu buraxılışın da rejissoru əvvəlkilərində olduğu kimi Vyaçeslav Kotyonoçkin oldu.
Təqdim etdiyimiz seriyada şüşə zavodunun məhsulları tənqid olunur. Bu rolikdə canavarın məşhur frazası (ey dovşan, keçərsən əlimə) dəyişərək "Şüşə zovadu, keçərsən əlimə" olub./faktxəbərскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 528 30.03.17 14:19