Suyu yanacağa çevirməyin üsulunu tapdılar » Median.Az News Agency


Suyu yanacağa çevirməyin üsulunu tapdılar
Kaliforniyanın Texnologiya İnstitutunun və Milli Laboratoriyanın elmi əməkdaşı Lourensi Berkli suyu yanacağa çevirməyə nail olub.

Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən məlumat verir. İki il ərzində mütəxəssislər komandası günəş yanacaq batareyalarında istifadəsi mümkün olan bu materialın həcmini iki dəfə artırmağa nail olublar. Alimlər bu qənaətə gəliblər ki, yeni yanacaq növü istənilən digər məşhur yanacaq növlərini əvəz edə bilər. Xatırladaq ki, dünyanın bütün mütəxəssisləri Günəşin köməyi ilə karbon-4-oksiddən və sudan yanacaq yaratmaq istiqamətində çalışırlar. Onların tədqiqatları arasında suyun parçalanması nəticəsində oksigen və hidrogenin alınması da var. Qeyd edək ki, tədqiqatçılar məhz bütün digər yanacaqların ideal əvəzedicisi olan hidrogendən istifadə etmək niyyətindədirlər. Bunun üçün onların təbii şərtlər altında əldə etmək mümkün olmayan bölünmüş mayeni əldə etməsi zəruridir. Bu səbəbdən də alimlərin qarşısında duran əsas məsələ bunu etməyə qadir olan materialı tapmaqdır. Onların sözlərinə görə, hazırda sözügedən məhsulun 12 növü müəyyən edilib. Hazırda onlardan ən optimal olanını ayırd etmək üzərində iş gedir.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 352 22.03.17 13:42