Yeddi həkimi əvəz edən gicitkən » Median.Az News Agency


Yeddi həkimi əvəz edən gicitkən
Slavyanların qədim bir atalar sözündə deyilir: "Bir gicitkən yeddi həkimi əvəz edir". Yapon xalq təbabətində gicitkənin təzə şirəsi arı və ilan sancması zamanı zəhər əleyhinə vasitə kimi istifadə olunur. Onun cavan pöhrələri ilə yemlənən heyvanların südü və yağlılığı artır.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bitkinin həm təzə, həm də qurudulmuş yarpaqları güclü qankəsici təsirə malikdir, yarpaqlarının ödqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var. Gicitkən yarpağı qanda şəkərin miqdarını azaldır və südverən analarda süd ifrazatını artırır.

Gicitkən köklərinin dəmləmə və bişirməsi böyrək və mədə xəstəliklərində, ishallar, dezinteriya, qurd xəstəlikləri, furunkulyoz, revmatizm, bronxial astma, ağciyər vərəmi zamanı bəlğəmgətirici, qızdırmasalıcı vasitə kimi və saçların dibini bərkitmək üçün istifadə olunur. Yarpaqların dəmləməsi bağırsaq, böyrək, ağciyər, uşaqlıq və digər qanaxmalarda, həmçinin yuxusuzluq zamanı tətbiq edilir.

20 qram gicitkən üzərinə 1 stəkan şərbət əlavə edilərək 15 dəqiqə qaynadılır, öd daşı və böyrək daşı xəstəliklərində gündə 3-4 dəfə 1 xörək qaşığı, daxili qanaxmalar zamanı gündə 4-5 dəfə 1 çay qaşığı qəbul edilir.

Hipertoniya və aterosklerozdan əziyyət çəkənlərin, qlomerulonefrit kimi böyrək xəstəliyi və qanın laxtalanması yüksək olanların gicitkəndən istifadə etməsinə icazə verilmir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          3 029 21.03.17 18:39