25 yaşlı xanım ictimaiyyətdən kömək istəyir » Median.Az News Agency


25 yaşlı xanım ictimaiyyətdən kömək istəyir
Sosial şəbəkələrdə tez-tez müxtəlif xəstəliklərlə mübarizə aparan gənclərin, uşaqların həyata tutunmaq üçün cəmiyyətdən kömək istəməsinin şahidi oluruq. Bəzən həmin xəstələrə yardım edə bilir, bəzən də çox təəssüf ki, vəsaiti toplamaqda bir o qədər də müvəffəqiyyətli ola bilmirik.
Bu dəfə həyat uğurunda mübarizə aparan 25 yaşlı gənc xanıma ictimaiyyətdən dəstək istəyirik.

Zaqatala sakini İlahə Məmmədova artıq 14 ildir ağır dərəcəli (120 dərəcə) Skaliozdan əziyyət çəkir. Gənc xanım 2007-ci ildə Türkiyənin Ankara şəhərində Başkent Universitesi Hastanesinde 25000 ABŞ dollara əməliyyat keçirib və onun onurğasına mil qoyulub. Əməliyyat uğurlu olmadığı üçün onurğada əyilmə hələ də davam edir və iflic riski daşıyır. İlahə hal-hazırda DTX Hərbi Tibb İdarəsi Xəstəxanasında müayinələrini davam etdirir. Gənc xanım iflic olmaması üçün aprel ayında əməliyyat olunmalıdır. Bunun üçün lazım olan məbləğ isə 27000 ABŞ dollarıdır.

25 yaşlı xanım ictimaiyyətdən kömək istəyir


Gənc xanımla əlaqə saxlayaraq onun vəziyyətini öyrəndik. Məlum oldu ki, artıq yanvar ayında göstərilən məbləğin 1000 dolları ödənməli və əməliyyat üçün qeyd olunmalıdır. Qalan məbləğ isə aprel ayında əməliyyat olunduğu zaman ödənməlidir. İ.Məmmədova deyir ki, hər gün onun hesabına köməksevər insanlar tərəfindən müəyyən vəsaitlər köçürülür. Gənc xanım qalan vəsaitin toplanması üçün də hər kəsdən yardım istəyir. O bildirdi ki, əməliyyat olduqca ağır əməliyyatdır: “Amerikadan gətiriləcək olan donor sümüklər və implantlarda bu məbləğə daxildir. İnanırıq ki, hamının dəstəyi ilə 1 ay ərzində bu məbləği toplanılacaq”.

"İlahəyə Dəstək Olaq" qrupu - 0507301014

İanələrinizi aşağıda qeyd olunan hesab nömrələrinə köçürə bilərsiniz:

BANK RESPUBLİKA

Hesab nömrəsi AZN : Million- 380194404053897001
Seriya nömrəsi AZE 06743291
Hesab nömrəsi ABŞ dolları : Million- 381184004053897002
Seriya nömrəsi AZE 06743291

Bankla ödənişlər üçün:

Bank Respublika

Hesab nömrəsi manatla:
İlaha Mammadova
İBAN: AZ80BRES00380194404053897001
Seriya nömrəsi AZE 06743291
Hesab nömrəsi ABŞ Dolları

İlaha Mammadova

İBAN: AZ74BRES00381184004053897002
Seriya nömrəsi AZE 06743291


25 yaşlı xanım ictimaiyyətdən kömək istəyir
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 637 13.03.17 15:31