Bayıl sakini: 'Əşyalarım qapıda, traktorlar da gəlib dirənib...' » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Bayıl sakini: 'Əşyalarım qapıda, traktorlar da gəlib dirənib...'
“Əlbəttə ki, normal şəraitli, təzə evdə yaşamaq hamının arzusudur. Ancaq bu, bizim qismətimizə düşəcəkmi? Bax, buna zəmanət verən yoxdur. İnsanları ucdantutma küçə adamına çevirirlər. Bu qədər evi nə vaxt tikib özümüzə qaytaracaqlar, dəqiq söz deyən yoxdur”.

Bunu AzadlıqRadiosu-na Bayıl sakini Lalə Ələsgərova deyir.

“KİRAYƏHAQQINI 2-3 DƏFƏ QALDIRIBLAR”

2 aya yaxındır ki, Bakının dağüstü ərazilərindən sayılan Bayılda yeni söküntü dalğası başlanıb. Sakinlər danışır ki, Səbail rayon icra hakimiyyətinin nümayəndələri ilə “Best Construction” şirkətinin nümayəndələri məhəllələri dolaşaraq ailələrdən əşyalarını toplayıb evlərdən çıxmağı tələb edir. Lalə Ələsgərova bildirir ki, qısa zamanda mənzil kirayələmək mümkün deyil:

“1 aydır ev axtarıram. Bundan əvvəl başlanan söküntülərə görə insanlar yaxınlıqdakı evləri kirayələyiblər. Bu ərazilərdə konkret ev yoxdur. Kirayə ev verənlər də durumu bilirlər deyə, evin kirayəhaqqını 2-3 dəfə qaldırıblar. İcra hakimiyyətinin nümayəndəsi deyir, ‘burda kirayə ev tapmırsan, get Zığda tut’. Bəs bu dörd məktəblini neyləyim? Məktəbə getməsinlər? Hökumət bu işi başlayıbsa, vətəndaşların vəziyyətinə görə tədbir almalıdır. Yaxınlıqda yeni tikilmiş, içərisində yaşayış olmayan hündürmərtəbəli binalar var. Sistemli şəkildə adamları o binalara köçürə bilərlər. Müvəqqəti məskunlaşa bilərik. Əşyalarım qapıda, traktorlar da gəlib dirənib qapıya, deyir, çıx, sökürük”.

Nuridə Əvəzova:

“Bayrama 1 həftə qalıb, camaat bayrama biş-düşlə məşğuldur, mən düşmüşəm küçələrə, ev axtarıram. Bayılda bayram əhval-ruhiyyəsi qalmayıb. Qalmışıq küçələrdə, kirayə ev axtarırıq. 3 otaqlı ev üçün 300 manat kirayəpulu verir. 300 manata harda 3 otaqlı ev kirayələmək olar? Ailədə 7 nəfərik, mütləq 3 otaqlı kirayələməliyik, verdikləri pul ödəmir”.

“POLİS GÜCÜNƏ ÇIXARIRLAR”

Sakinlər bildirirlər ki, evindən çıxmaq istəməyəni polis gücünə çıxarırlar.

Səbail rayon icra hakimiyyəti isə deyir, narahatçılığa əsas yoxdur. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, söküntü özbaşına aparılmır: “Evlər qəzalıdır, dövlət də istəyir ki, vətəndaşlar təzə, normal şəraitli evlərdə yaşasın. Başlarına tavan uçanda da günahkar dövlətdir, təzə ev tikib vermək istəyəndə də… Heç bir narahatçılıq yoxdur. 1 il 6 ay ərzində binalar tikiləcək, vətəndaşlar indiki evlərindən də rahat, geniş evə qayıdacaqlar”.

Söküntü işləri Nazirlər Kabinetinin qərarına əsasən aparılır. Qəzalı evlərin yerində hündürmərtəbəli binalar tikiləcəyi və sakinlərin həmin binalara köçürüləcəyi vəd olunur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 704 10.03.17 17:59