Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |    

Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər – FOTO
“Azərbaycanın qeyri-maddi mədəni irsinin bir hissəsi olan milli geyimlərin təbliği, bu sahənin populyarlaşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Milli Geyim Gününün təsis edilməsini məqsədəuyğun hesab edir və bildirir ki, məsələyə aidiyyəti qurumlarla birlikdə müvafiq qaydada baxılacaq”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın adına daxil olmuş Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məktubunda deyilir.

G.Xəlilova daha əvvəl milli adətlərin qorunması və inkişafı, etnik yaradıcılığın təbliği məqsədi ilə Milli Geyim Gününün təsis edilməsi barədə Mədəniyyət və Turizm Nazirliyinə məktub ünvanlamışdı. Milli Geyim Mərkəzinin rəhbəri müsahibəsində bu ideyanın həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, təşəbbüsünə dəstək verdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına, milli irsin qorunması və təbliğinə xüsusi diqqət yetirilir, layihələr böyük uğurla reallaşdırılır, müxtəlif festivallar, müsabiqələr, gecələr və mərasimlər keçirilir:

“Novruz bayramı günləri qabağı, o cümlədən “Axır çərşənbə”də və ya ölkə tarixinin ən görkəmli qadınlarından birinin ad günündə keçirilməsi mümkün olan Milli Geyim Gününün təsis edilməsi ölkəmizin həyatında parlaq hadisəyə çevriləcək”.

Dizayner əlavə edib ki, Azərbaycan milli geyimi uzunmüddətli və çox mürəkkəb inkişaf yolu keçmiş mənəvi, mədəni və tarixi irsin ayrılmaz hissəsidir. Hazırda bu ənənələri qorumaq lazımdır, eyni zamanda hər modelyerin ona öz xüsusiyyətlərini verməsi alqışlanır, yəni stilizasiya milli geyimimizin gözəlliyini daha parlaq göstərir. Belə geyimi təkcə bayramlarda deyil, həm də gündəlik həyatda geyinmək olar. Milli Geyim Günü ölkədə turizm sənayesinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verə bilər.

G.Xəlilova diqqətə çatdırıb ki, dünyanın bir çox ölkəsində Milli Geyim Gününə həsr edilmiş müxtəlif festivallar və karnavallar keçirilir, bu da turistlərin böyük marağına səbəb olur:

“Bu ideyanın reallaşdırılması gözəl ölkəmiz barəsində bütün dünyaya bəyan etməyin daha bir fürsəti olacaq. Həmin gün müxtəlif müsabiqələr, festivallar, sərgilər və moda gecələri, ölkənin şəhərlərinin küçələrində milli geyimdə karnaval yürüşü keçirmək mümkündür. Möhtəşəm bayram uzun müddət insanların yaddaşında qalacaq və şübhəsiz ki, irsimizin, mədəniyyətimizin və incəsənətimizin çox gözəl təbliği olacaq”.

скачать dle 11.3

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

            3 528 10.03.17 16:45