Azərbaycanda şeytanı dost bilənlər, azyaşlı qızlarla cinsi əlaqəyə girənlər... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Azərbaycanda şeytanı dost bilənlər, azyaşlı qızlarla cinsi əlaqəyə girənlər...
Din epoxası... Kimlərsə düşünür ki, bu epoxa sistemli yanaşma deyil və cəmiyyəti, həyatı birtərəfli qaydada analiz edir, onlar üçün yalnız 2 rəng var: ağ və qara. Müəyyən mənada bu iradlarla razılaşmamaq da olmur, çünki din adı altında beyinlərə yeridilən cəhalət, xurafatın insanları hansı uçurumlara apardığı göz önündədir.
Elə aqil dindarlar, tolerant ilahiyyatçıların özləri də dinin belə mənfi çalarda təbliği və cəmiyyətdə çaşqınlıq yaratmasını qınayırlar. Onlar üçün yeganə və unikal dini mənbə əvəzolunmazdır – bu isə Qurandır.

Və onlar, yəni aqil dindarlar, praqmatik ilahiyyatçılar - vücudu əvvəlcədən mövcud olan, doğmayan, doğulmayan, bütün düşüncə, mənəvi aləm və fiziki proseslərin, kainatın fövqündə dayanan qüvvənin varlığını yalnız bir adla assosiasiya edirlər: Allah. Bu mənada onların islam və Allahın adından istifadə edərək aparılan vəhşət, kin, nifrət qusan təbliğatlara qarşı çıxması başadüşüləndir. Çünki onların nəzərində Allah yalnız ədalətlidir və çatdırdığı mesajlarda da yalnız ədalət mövcuddur.

Bizlər kimlərinsə cəmiyyəti, prosesləri dini nöqteyi-nəzərdən yalnız ağ və qara görmələrini qınayırıq, lakin bəzən orta xətlərin özü də daha təhlükəli şəkildə təzahür edir.

Budəfəki yazımızda Azərbaycanda kök salan və özlərini guya tolerant kimi qələmə verən, ənənəvi, klassik səmavi din anlayışından fərqli göstərməyə çalışan ibrahimilərdən söz açacağıq.

İbrahimilər ənənəvi dini postulatlardan uzaq olsalar da, bu, heç də onların təhlükəsiz və süddən çıxmış ağ qaşıq olmaları anlamına gəlmir.

ARAYIŞ: İbrahimiliyin təməli 19-cu əsrin əvvəllərində Hindistanda yaşayan Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Bu ideyanın daşıyıcıları özlərini İbrahim peyğəmbərin davamçıları hesab edirlər. Onlar Məhəmməd peyğəmbərin hədislərini qəbul etmirlər, ayələri Qurani-Kərimdəki həqiqi mənasından çıxarıb öz interpretasiyalarını verirlər. Bu cərəyan Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Bəzi versiyalara görə, bu cərəyanın yaranmasında İngiltərənin xüsusi xidmət orqanları rol oynayıb.

SSRİ dağıldıqdan sonra sovet təbliğat maşınının əsas çarxı olan ateizm ənənələri də ortadan qalxmağa başladı. Lakin dini palitrada elə bir rənglər peyda ortaya çıxdı ki, ateizmin heç də deyildiyi kimi təhlükəli və insanlara pis vərdiş aşılayan bir konsepsiya olmadığı dərk olunmağa başlandı. Yenicə müstəqil olmuş Azərbaycanın dinlərarası, təriqətlər arası mübarizə poliqonuna çevrilməsi cəhdləri oldu, lakin bütün bu planlar iflasa uğradı.
İbrahimilərə isə cəmiyyət özü qiymət verdi, ən güclü silah olan ictimai qınaq onları sıradan çıxardı. Təbii ki, dövlət orqanlarının lazımi müdaxilələri də ibrahimiləri geniş qol-qanad açmağa, xərçəng kimi metastaz verməyə imkan vermədi.

QISA MƏLUMAT: İbrahimilərin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. Maraqlıdır ki, o, sovet dövründə özünü şiəliyin alovlu tərəfdarı kimi qələmə verib. Daha sonralara isə şüurunda gedən hansısa proseslər nəticəsində vəhhabiliyə meyllənib. 1995-ci ildən isə dini baxışlarında kəskin dəyişiklik edib – ibrahimilər adlı qeyri-islam cərəyanı yaradıb.

Onlar da ibadət edir, Allaha inanırlar, amma islam inancına görə, bu inam tövhidə deyil, şirkə əsaslanır. Musayev müzakirələrin birində islamın təməl prinsipləri əleyhinə danışdığı üçün Hacı Əbdül tərəfindən şillələnir. Bu məşhur kadr çoxuna tanışdır.

İbrahimilər Qurana əsaslanaraq ibadətlərini Azərbaycan dilində icra edirlər. Paradoksal məqam budur ki, onlar özlərini azərbaycanlı deyil, İbrahim millətinin nümayəndələri sayırlar.//bizimyol.infoскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 080 10.03.17 15:26