Maksimum sürəti saatda 120 km. olan maşın 122 ilə necə radara düşüb? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Maksimum sürəti saatda 120 km. olan maşın 122 ilə necə radara düşüb? - VİDEO
Avtomobilin maksimum sürəti saatda 120 km-dir, ancaq o, saatda 122 -lə radara düşüb. Təəccüblü hadisə Sabirabad sakininin başına gəlib. Sürücü onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.

Median.Az xezerxeber.az-a istinadən məlumat verir ki, Sabirabad sakini Kərim Hüseynovun ünvanına bu məktub göndəriləndə o, xeyli təəccüblənib. Çünki onun yük maşını saatda maksimum 120 km sürətlə gedə bilir.

Sürücüyə göndərilən məktubda isə qeyd olunur ki, o, sürət limiti saatda 60 km olan yerdə bu həddi aşıb və saatda 122 km sürətlə hərəkət edib.
Kərim Hüseynov bildirir ki, yük maşını ilə qeyd olunan sürətə çatması mümkün deyil.

Vətəndaş onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə bildirib ki, vətəndaş onlara müraciət etsin. Araşdırıldıqdan sonra sürücü haqlı çıxarsa, tərtib olunan cərimə protokolu ləğv olunacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 729 10.03.17 13:03