Azərbaycanda xoruldayanlar avtomobil sürə bilməyəcək? - Tibbi müayinədə yenilik » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Azərbaycanda xoruldayanlar avtomobil sürə bilməyəcək? - Tibbi müayinədə yenilik
"Xoruldayan insanların çoxu oksigen qəbul edə bilməyən, yəni hipoksiya (oksigen azlığı) olan insanlardır".

Median.Az xəbər verir ki, bunu metbuat.az-a açıqlamasında qulaq-burun-boğaz həkimi İlqar Əzimov deyib. Onun sözlərinə görə, yuxuda xoruldayan insanlar axşam rahat yata, dərin yuxuya gedə bilmir, ona görə də sükan arxasında yuxulamağa meyilli olur. Belə insanların qəza törətmə ehtimalları da daha yüksəkdir. "Xoruldamağı əmələ gətirən səbəblər müxtəlifdir. Burun çəpəri əyriliyi, burun polipləri, ağzın içərisində yumşaq damarın sallanması, köklük, allergik rinit, burun balıqqulaqların hipertrafiyası xoruldamağa səbəb olur. Belə problemi olan insanlar mütləq həkim müayinəsindən keçməlidir".

Azərbaycanda sürücülük vəsiqəsi alanlara tibbi arayış verilərkən bu məqam nəzərə alına bilərmi?

Məsələylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun mövqeyi isə belə olub: "18 yaşı tamam olmuş, fiziki cəhətdən tam sağlam olan, avtomobil kurslarında müvafiq müddətdə təhsil almış, əyani və praktiki imtahanları yüksək səviyyədə verənlər sürücülük vəsiqəsi ala bilir. Ümumiyyətlə, maşın idarə edən vətəndaş tibbi cəhətdən sağlam olmalıdır. Qaldı ki, xoruldamağa, əgər bir insan xoruldayırsa, deməli onun nəfəs yollarında problem var. Bu problem həkimin köməyi ilə aradan qaldırılmalı, daha sonra sükan arxasına keçmək lazımdır.
Gələcəkdə tibb komissiyasının məsələ ilə bağlı nə qərar verəcəyi haqqında heç nə deyə bilmərəm”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 906 09.03.17 18:04