Bayramla bağlı Bakıda və Sumqayıtda yarmarka təşkil olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:22 Türkiyə finalda altı qol vuraraq Avropa çempionu oldu  |     12:17 Əfsanəvi boksçu prezidentliyə namizəd oldu  |     12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |    

Bayramla bağlı Bakıda və Sumqayıtda yarmarka təşkil olunacaq
Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 mart 2017-cı il tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyindən “Bizim Yol”a verilən məlumata görə, yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunur:

Bakı şəhəri üzrə:

Xətai rayonu:
-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;
Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcək. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 405 09.03.17 13:16