ANS-ə martın 23-dək vaxt verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

ANS-ə martın 23-dək vaxt verildi
Zoologiya İnstitutu ANS televiziyasına əmlakının binadan çıxarılması üçün vaxt verib. Şirkət bu ay ərzində öz əmlakını binadan çıxarmalıdır. Median.Az-in məlumatına görə, ANS televiziyasının rəhbərlərindən biri Modern.az-a xəbəri təsdiqləyib.

Məlumata görə, bu günlərdə şirkət rəhbərliyinin binaya daxil olmasına icazə verilməyib. Həmçinin "ANS Müstəqil Yayım və Media» Şirkətinə əmlakını binadan çıxarmaq üçün martın 23-dək vaxt verilib.

"ANS Müstəqil Yayım və Media» Şirkətinin yerləşdiyi ofisin icarəsi ilə bağlı müqavilənin müddətiötən il bitsə də, uzadılmamışdı. Zoologiya İnstitutundan bununla bağlı verilən açıqlamada bildirilirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb.

Qeyd edək ki, Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi. Hər şey isə 2016-cı il iyunun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ANS-in hadisələri işıqlandırması və televiziyanın müxbirinin Ankaranın dövlət çevrilişini təşkil etməkdə günahlandırdığı Fəthullah Gülənin mətbuat konfransında iştirakından sonra baş verib. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.


«ANS Müstəqil Yayım və Media» Şirkəti lisenziyasının ləğvi barədə qərarın qüvvədən salınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddia təmin edilməyib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 788 08.03.17 18:31