Yuxu dərmanları ölümə səbəb ola bilərmi? - XƏBƏRDARLIQ - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Yuxu dərmanları ölümə səbəb ola bilərmi? - XƏBƏRDARLIQ - VİDEO
Median.Az bildirir ki, ARB TV-nin "Günün ardınca" verilişində yuxu dərmanlarının ziyanlarından bəhs edilib.

Alimlərin hesablamalarına görə, insan ömrünün üçdə birini yuxuda keçirir. Yuxu canımızdakı yorğunluğu çıxarmağa, enerjimizi bərpa etməyə bizə kömək edir.

Akif Əsədullayev (psixiatr) : "Yuxu müddətində bütün bədən istirahət edir. Eyni zamanda beyində olan müəyyən funksiyalar bir növ sönmüş şəkildə olur. Onlar istirahət edir. Səhəri gün insan qalxanda daha gümrah olur. Yuxu dərmanları asılılıq yarada bilər. Həkim nəzarəti ilə yuxu dərmanlarından istifadə olunmalıdır".

Mirsakit Miriyev (nevroloq) : "Elə adamlar var ki, qısamüddətli yatır. 5 saata özünü gümrah hiss edir. Elə adamlar da var ki, 10 saat da yatsa, bəs etmir. Yuxu dərmanları həkim reseptləri ilə verilməlidir. Doza düzgün verilməyəndə xoşagəlməz hallar baş verir. Sürücülərə və dəqiq cihazlarla işləyən şəxslərə yuxu dərmanı vermək məqsədəuyğun deyil".

Bəzən elə hallar var ki, insanlar yuxusuzluqdan əziyyət çəkir. Belə olduqda yuxunu nizama salmaq üçün müəyyən şeylərdən istifadə olunur. Hətta yuxu dərmanlarından da istifadə olunur.

Elazə Məmmədova (əczaçı) : "Bizə müxtəlif cür yaxınlaşıb yuxu dərmanları istəyirlər. Amma həkim resepti olmadan satmırıq. Resept tələb olunmayan dərmanları veririk".

Eyni zamanda tənəffüs yolunda problemləri olan şəxslərə yuxu dərmanı vermək fəsadlar törədə bilər. Mütəxəssislərin fikrinə görə, yuxu problemləri olan şəxslər ilk öncə yuxularına mane olan səbəbləri aradan qaldırmalıdırlar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 827 08.03.17 18:22