"Torpaqlarımız azad olunsun, çörəkləri əsgərlərimizə paylayım" - Çörəkçi qadın - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

"Torpaqlarımız azad olunsun, çörəkləri əsgərlərimizə paylayım" - Çörəkçi qadın - VİDEO
Qadınların 3 yaşı olur. Biri görünən, digəri həqiqi, üçüncüsü isə onların özünə verdiyi yaş. Çörəkçi Şəfiqə Həsənovanın 63 yaşı var.

Median.Az ARB 24-ə istinadən xəbər verir ki, o, ömrünün çox hissəsini sevdiyi peşəsinə həsr edib.

Şəfiqə Həsənova - Çörəkçi: "26 ildir ki, bu sexdə dayanmadan işləyirəm. Çörəkçilik ağır olsa da, incəlik tələb edən sənətdir. Mən hər dəfə evdən çıxıb işə gələndə elə bil ki, cavanlaşıram. 26 ili bax belə işləmişəm. Mən fəxr edirəm ki, ailəmə, uşaqlarıma kömək edirəm".

Qadın zərif məxluqdur. Ancaq bu zəriflik onun çətin sınaqlara tab gətirə bilməyəcəyi anlamına gəlmir. Şəfiqə xanım deyir ki, nə qədər ki, canında can var, səhhəti imkan verəcək ən böyük arzusunun çin olacağı günə kimi çörəkçilik edəcək.

Şəfiqə Həsənova - Çörəkçi: "Torpaqlarımız azad olunsun, bişirdiyim çörəkləri əsgərlərimizə paylayım, onları təbrik edim ki, Qarabağ işğaldan azad olub".

Çörək bol olarsa basılmaz Vətən deyib şairimiz. Bu vətən övladlarının sağlamlığı da vacib şərtdir.

Səhhətimizlə bağlı hər hansı bir problem yarananda ilk harayımıza çatan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları olur. Kollektivinin böyük əksəriyyətini qadınlar təşkil edən stansiyanı bu dəfə biz ziyarət etdik.

Kifayət Həsənova - TTTYS-nin əməkdaşı: "40 ildir burada işləyirəm. Bayram olmağına baxmayaraq, xalqın xidmətindəyik".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yük daşımaları departamentinin qərb şöbəsində işləyən qadınlar da bayramı iş başında qeyd edirlər.

Mehparə Quliyeva - ADY QSC-nin əməkdaşı: "İşimlə fəxr duyur, işimi sevirəm. 20 ildir ki, bu çətin vəzifədə işləyirəm. Zaqafqaziyada tək qadın dispetçer olduğum üçün mənə çox hörmət bəsləyirlər".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 779 08.03.17 18:00