“Çox vaxt məni kişi hesab edirlər” – Dülgər qadının emalatxanasından ( FOTO + VIDEO ) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

“Çox vaxt məni kişi hesab edirlər” – Dülgər qadının emalatxanasından ( FOTO + VIDEO )
Şəhla İmanzadəni Qaraçuxur qəsəbəsində, demək olar ki, hamı tanıyır. 10 ildən artıqdır, Bakıda dülgərliklə məşğul olan bu xanım istənilən modeldə mebeli, qapı-pəncərəni, pilləkənləri yığır da, rəngləyir də. Uşaqlıqdan kişi işlərinə marağı olduğundan, atasının əlinə baxa-baxa bu çətin sənətin sirlərinə yiyələnib. Əksər qadınlar kimi zərif və “nərmənazik” deyil, amma kobud barmaqlarını, qabarlı əllərini gizlətməyə də çalışmır. Bu gün həm də onun bayramıdır. Virtualaz.org 8 Mart - Beynəlxalq Qadınlar Günündə dülgər xanımla söhbətləşib.



“Atamdan xəlvət dəzgahda işləməyə başladım...”

“Çox vaxt məni kişi hesab edirlər” – Dülgər qadının emalatxanasından ( FOTO + VIDEO )


“Dülgərlik mənə çətin gəlmirdi, əksinə çox asan gəlirdi. Ailə qurandan sonra Bakıya gəldik və kirayədə yaşamağa başladıq. Həyat yoldaşımın da dülgər işləməyimə heç bir narazılığı olmadı deyə işə başladım. O özü də dəmir sexində işləyir. İki uşağımız var, 8 və 6-cı siniflərdə oxuyurlar. Amma məndən fərqli olaraq, onların dülgər sənətinə maraqları yoxdur. Arzum var ki, ikisi də polis olsunlar”.

- Bəs niyə polis?


- İstəyirəm ki, qayda-qanunu bilsinlər. Bilmirəm, nəsə bu peşə xoşuma gəlir. Sürücülər qaydanı pozanda onları saxlayırlar. Düzdür, işimi sevirəm, heç bir narazılığım yoxdur, amma istəmirəm ki, uşaqlarım mənim kimi əziyyət çəksinlər. Çünki dülgər sənəti çox çətin sənətdir.



Gündə 12 saat iş, bəzən işdə gecələmə


“Çox vaxt məni kişi hesab edirlər” – Dülgər qadının emalatxanasından ( FOTO + VIDEO )


Şəhla xanım deyir ki, əvvəllər qazancı yaxşı olsa da, son vaxtlar devalvasiya və qiymətlərdəki bahalaşma məvacibinə təsir edib. Modelindən və materialından asılı olaraq, ən ucuz qapını 200 manata düzəldir. Ötən illərdə ayda 500-800 manat qazanırdısa, indi ancaq çörək puluna işləyir. Günə 10, ən çox isə 20 manat. Amma bu qazanc da ona rahat başa gəlmir. Yəni 10-20 manatı əldə etmək üçün bəzən səhərdən axşama kimi işləməli olur, bəzən isə ümumiyyətlə işdə gecələyir:

“Çox vaxt məni kişi hesab edirlər” – Dülgər qadının emalatxanasından ( FOTO + VIDEO )


“Səhər saat 10:00-dan axşam saat 10:00-a kimi işləyirəm. Bəzən isə olur ki, sifarişi təhvil verməliyəm, amma hazır olmayıb. Onu yarımçıq qoyub evə gedə bilmirəm. Səhərə qədər yatmayıb işi tamamlamaq üçün gecəni iş yerində keçirirəm. Amma işimin çətinliyi ilə bərabər, evimin işini də çatdırıram, çünki evdə yeməyi bişirəcək, paltarı yuyacaq başqa adam yoxdur”.

Həmsöhbətimin əsas müştəriləri onu tanıyanlar, yəni işinə bələd olanlardır. Amma təsadüfən sexin yanından keçənlər də bura təşrif buyuraraq sifariş edə bilirlər. Tanıyanlar kişi ustalardan çox məhz qadın zərifliyinə görə onun işinə üstünlük verirlər. Şəhla xanım deyir ki, bəzən düzəltdiyi işə o qədər vurulur ki, onu satmaq istəmir:

“Hərdən olur ki, əl işimi satmaq istəmirəm. Bir dəfə bir köhnə şkaf gətirmişdilər. Onu təmir elədim, qırılmış qapısını düzəltdim, üstünü rənglədim. Elə gözəl oldu ki, iki göz istəyirdi tamaşa eləsin. İşimə o qədər valeh oldum ki, onu sahibinə verməyə qısqanırdım. Amma nə etmək olar, başqasına məxsus olan əşyanı götürə bilməzdim...”

“Çox vaxt məni kişi hesab edirlər” – Dülgər qadının emalatxanasından ( FOTO + VIDEO )


Məmurun qapısı və 300 dollar şirinlik

Şəhla xanım deyir ki, çoxlu tanınmış adamların qapı-pəncərəsini düzədlib. Onlar arasında Ali Məhkəmənin, Daxili işlər Nazirliyinin və digər çox vəzifəli əməkdaşların adı var.

“Tanınmış bir məmurun bağ evinin qapılarını və pilləkənini mən rəngləmişəm, başqa sexdə yığılmışdı. Nəvəsi ilə gəlmişdi, məni görəndə təəccübləndilər. İşimi bəyəndilər və mənə 300 dollar şirinlik verdilər”.

Dülgər xanım deyir ki, bəzən müştəriləri ilə aralarında narazılıq yaransa da, “müştəri həmişə haqlıdır” prinsipini üstün tutduğundan, çox da dərinə getmir. Onun sözlərinə görə, adətən, belələri davaya hazırlıqlı gəlirlər və əl işində nöqsan axtarırlar. Amma onlara bu qapını ömrünün axırına kimi işlədilməyəcəyini izah edəndə çox vaxt səhvləri ilə razılaşırlar.



“Çox vaxt məni kişi bilirlər”

Şəhla xanım deyir ki, dülgər kimi çalışdığı müddətdə başına çox maraqlı hadisələr gəlib. Ən gülməli məqamlar isə bir çox müştərilərin onu kişi hesab etməsi ilə bağlıdır. Saçını taxta yonarkən çıxan tozdan qorumaq üçün başına örtdüyü papaq və əynindəki geyim çox vaxt gələnləri çaşdırır. Həm də heç kim bu işdə qadının işlədiyini güman etmədiyindən, çox vaxt ona “qardaş” deyə müraciət edirlər:

“Çox vaxt məni kişi hesab edirlər” – Dülgər qadının emalatxanasından ( FOTO + VIDEO )


“Çox vaxt gələn müştərilər məni kişi bilirlər. Neçə dəfə olub ki, mənə “qardaş” deyə müraciət ediblər. Birdən geri çevriləndə təəccüblənirlər: “siz xanımsınız?” Bəzən də hansısa işlə bağlı zəng edirlər. Ölçmə üçün evə getməli oluruq. Məni görəndə inana bilmirlər ki, mən pilləkən və ya mebel düzəldə bilərəm. Təkrar-təkrar işin öhdəsindən gələ biləcəyimi soruşurlar. Qadın olduğuma görə sanki işi etibar eləmirlər. Amma düzəldəndən sonra da çox razı qalırlar. Çox vaxt belə müştərilərim yanıma qohumlarını göndərirlər”.

Söhbət zamanı o da məlum oldu ki, Şəhla xanım heç də nəsildə yeganə qadın dülgər deyilmiş. Bu işlə ondan başqa iki bibisi də məşğul olurmuş.

“Bibilərim də ustadırlar. Həm də biri fizika, o biri coğrafiya müəlliməsidir. Amma mən onlardan fərqli olaraq, ali təhsil almadım. Orta məktəbi bitirəndən sonra musiqi ilə maraqlanmağa başladım, hətta o vaxt toylara gedib sintezatorda ifa edirdim. İndi də vaxtım olanda bu musiqi alətində ifa edirəm”.

Dülgərin ən böyük arzusunu da soruşduq. Əslində, qeyri-adi cavab almadıq. O da bütün evsizlər kimi mənzil sahibi olmağı həyatının ən böyük arzusu sayırdı. Həm də istədiyi odur ki, öz evinin bütün dülgər işləri öz əlindən çıxsın.

Mənbə: virtualaz.orgскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 662 08.03.17 16:31