Özünüzü bu sürücüdən qoruyun – “Zaderjaniya” verdirir – NP-600 - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |    

Özünüzü bu sürücüdən qoruyun – “Zaderjaniya” verdirir – NP-600 - VİDEO
Bakı şəhər sakini yolda intizamsız sürücü ilə rastlaşıb. Yerə-göyə sığmayan həmin intizamsız sürücü özü qayda pozduğu halda, başqasını borclu çıxarıb. Hətta ona hədə-qorxu da gəlib. Bütün bunlar isə avtomobildəki kamera vasitəsilə qeydə alınıb. Başına gələnləri Avtosfer.az-a danışan sürücü deyir ki, martın 6-da idarə etdiyi avtomobillə Abbasqulu Ağa Bakıxanov küçəsində öz zolağı ilə getdiyi vaxt sağdan (2-ci dərəcəli yoldan) gələn 90-NP-600 qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü zolağını dəyişib qismən onun zolağına keçib: “Bu zaman mən yaranacaq qəzanın qarşısını almaq məqsədilə həmin sürücüyə səs siqnalı verdim. Ondan sonra həmin sürücü məni ötərək qəfildən hərəkət etdiyim zolağa çıxdı və mənə qəza şəraiti yaratdı. Yenidən mən həmin avtomobili ötdüm və yanına çatanda sürücü öz avtomobilindən mənə səslənərək bildirdi ki, guya avtomobilimlə onu sıxışdırmışam. Hansı ki, o məni sıxışdırıb. Sonra mənim şərəf və ləyaqətimi alçaldacaq ifadələr işlətdi. Mən yenə də məhəl qoymadan yoluma davam etdikdən sonra yenidən yaxınlaşıb bildirdi ki, sənə “zaderjaniya” verdirəcəm. Bundan sonra avtomobilimi qabaqda saxlamağımı tələb etdi. Mən onun bu hərəkətinə də məhəl qoymayaraq yoluma davam etdim”.

Qeyd edək ki, həmin sürücü “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin V hissəsinin tələbini pozub. Bu maddədə qeyd olunur ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bununla o, ötmə-manevr qaydalarını pozmuş sayılır.

Bu sürücünün qanundan xəbəri olmadığı halda haqsız yerə başqalarını təhqir edir və hədə-qorxu gəlir: “Hesab edirəm ki, qeyd etdiyim sürücü adi vətəndaş deyil. Çox güman ki hansısa polis idarəsinin zabiti və yaxud idarəedici orqanların birinin əməkdaşıdır. Yəni adi sürücü mənə “zaderjaniya verdirəcəm” deyib hədə-qorxu gəlməzdi.

Yollarımızı qana bulayanlar da bu cür intizamsız, mədəniyyətsiz sürücülərdir. Mən bu sürücü barədə daxili işlər naziri cənab Ramil Usubova da şikayət ərizəsi ilə müraciət etmişəm”.

Avtosfer.az qısa araşdırma edib və məlum olub ki, 90-NP-600 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İsmayılov Feyzulladır. Həmin avtomobil üzrə iki şəxsə - Qasım Poladlı və Bayram Səfiyevə etibarnamə verilib. Yəqin ki, sükan arxasında olan şəxs bu 3 nəfərdən biridir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 608 08.03.17 13:40