Mikayıl Müşfiqin büstünün götürülməsinə görə 3 nəfər cəzalandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Mikayıl Müşfiqin büstünün götürülməsinə görə 3 nəfər cəzalandırılıb
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması, həmçinin Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq hazırlanan layihələr əsasında İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraşısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, bununla da öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.

Həmçinin müəyyən edilib ki, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

“Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 732 01.03.17 11:41