Yol polisi kəmərə görə sürücülərə 150 manat cərimə yazır – Amma 50 yaza bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Yol polisi kəmərə görə sürücülərə 150 manat cərimə yazır – Amma 50 yaza bilər
Avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərindən istifadəsinə nəzarətin gücləndirilməsi sərnişinlər üçün təhlükəsizlik kəməri olmayan nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyəti məsələsini də aktuallaşdırıb. Təəssüf ki, gələn məlumatlar həmin məsələyə düzgün yanaşma olmadığına dəlalət edir.

Median.Az-in Avtosfer.az-a istinadən sərnişin üçün təhlükəsizlik kəməri olmadığına görə sürücünün 150 manat cəriməyə məruz qaldığı barədə məlumatlar gəlir. Maraqlananda məlum oldu ki, doğurdan da, həmin məsələyə belə yanlış yanaşma dövriyəyə minib.

Bəri başdan bildirirəm ki, avtomobilində sərnişinlər üçün təhlükəsizlik kəməri olmayan sürücü heç bir halda İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilərək 150 manat cərimə edilə bilməz. Səbəbi də elə həmin normanın özünün kifayət qədər aydın məzmunudur. Həmin normanı olduğu kimi nəzərinizə çatdırıram:

342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə... görə 150 manat məbləğində cərimə edilir.
Təmiz ana dilimizdə olan bu norma iki əmələ görə məsuliyyət müəyyən edir:
1) normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması;

2) normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi.
Sərnişin üçün təhlükəsizlik kəmərinin olmaması bu əməllərdən heç biri ilə ehtiva edilmir. Çünki kəmərin çıxarılıb atılması nə yeni avadanlığın quraşdırılması, nə də mövcud avadanlığın dəyişdirilməsi deyil. Bu əməl avadanlığın olmamasıdır, kəsilib və ya sökülüb atılmasıdır. Həmin vəziyyəti avadanlığın dəyişdirilməsi kimi qiymətləndirərək sürücünü bu norma ilə məsuliyyətə cəlb etmək İXM-in 342.2.2-ci maddəsinin məzmununun aşkar şəkildə təhrif edilməsi, həmin normanın genişləndirilmiş təfsiri deməkdir. Bu isə yolverilməzdir. Avadanlığın dəyişdirilməsi mövcud avadanlığın başqası ilə əvəz edilməsini, onun funksional təyinatının, iş rejiminin, texniki göstəricilərinin dəyişdirilməsi deməkdir. Avadanlığın çıxarılıb atılması bu əlamətlərin heç birini ehtiva edə bilməz.
İXM-in 342.2.2-ci maddəsinin tətbiqi ilə bağlı xüsusi bir məqamı da vurğulamaq istəyirəm. Dəfələrlə qeyd etdiyim kimi, bu norma normativ tələblər pozulmaqla quraşdırılmış və ya dəyişdirilmiş avadanlığı olan nəqliyyat vasitəsini idarə etməyə görə yox, belə avadanlığın quraşdırılmasına və dəyişdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu isə o deməkdir ki, hətta DYP əməkdaşının saxladığı avtomobildə normativ tələblər pozulmaqla quraşdırılmış və ya dəyişdirilmiş avadanlıq varsa da, sürücünü buna görə məsuliyyətə cəlb etmək üçün həmin avadanlıqların məhz bu sürücü tərəfindən quraşdırıldığını və ya dəyişdirildiyini sübut etmək lazımdır. Bu isə hər oğulun işi deyil. Əgər müvafiq qanunauyğun sübutlarla bu işi məhz sürücünün etdiyi təsdiqlənməzsə, sürücünün məsuliyyətindən söhbət gedə bilməz. Şübhəsiz ki, bu qanunun qüsurudur, amma həmin qüsuru aradan qaldırmaq, yalnız bundan sonra hüquqauyğun tətbiq etmək lazımdır.

Avropa İqtisadi Komissiyasının 16 saylı Qaydalarına uyğun olaraq cüzi istisnalarla ümumi istifadə olan yollarda hərəkət üçün nəzərdə tutulan nəqliyyat vasitələrində sərnişinlər üçün də təhlükəsizlik kəməri olmalıdır. Belə kəmərlərin olmaması müvafiq nəqliyyat vasitəsinin nasazlığı sayılır. "Yol hərəkəti haqqında” Qanunda da məsələyə məhz bu cür yanaşılmış, onun 1 saylı Əlavəsinin "Konstruksiyanın digər ünsürləri” adlanan 7-ci hissəsində kəmərlərlə bağlı xüsusi müddəa təsbit edilmişdir. Həmin müddəanı da olduğu kimi diqqətinizə çatdırıram:
9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda ... nasazlıq aradan qaldırılır.

Bu müddəadan aydın olur ki, sərnişinlər üçün təhlükəsizlik kəmərinin olmaması, özü də qanunun hərfi mənasına görə həmin kəmərlər konstruksiyada nəzərdə tutulduğu halda olmaması (yəni onların çıxarılıb atılması və s). Nəqliyyat vasitəsinin konstruksiyanın digər ünsürlərinin nasazlığı sayılmalı və müvafiq tərkib əlamətləri olduqda İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyətə səbəb olaraq sürücünün 50 manat məbləğində cərimələnməsi ilə nəticələnə bilər.
Sonuncu cümlədə "bilər” sözünü də təsadüfən yazmadım. Məsələ burasındadır ki, İXM-in 342.5-ci maddəsinə əsasən, orada sadalanan nasazlıqlar, o cümlədən sərnişinlər üçün təhlükəsizlik kəmərinin olmaması yalnız o halda sürücünün məsuliyyətinə səbəb ola bilər ki, həmin nasazlığın aradan qaldırılması mümkün olmasın. Özü də normada aradan qaldırmanın yerində və ya başqa yerdə, dərhal və ya bir neçə gün sonra edilməsi də təsbit olunmur. Ona görə də məsələn, təhlükəsizlik kəməri olmayan avtomobilin sürücüsü onu bir həftədən sonra da aradan qaldırarsa, heç bir məsuliyyətə cəlb edilə bilməz. Belə yanaşma da qanundakı ciddi qüsurdur. Az qala 10 ildir ki, həmin qüsurun aradan qaldırılması ilə bağlı dəfələrlə yazmışam və danışmışam. Həmin normanı tətbiq edənlər isə bu qüsurun aradan qaldırılması əvəzinə, onu necə gəldi tətbiq etməklə məşğuldurlar. Yaxşı olar ki, əvvəlcə zəhmət çəkib yuxarıda qeyd etdiyim qanunvericilik qüsurlarını aradan qaldırasınız, daha sonra müvafiq qanunazidd əmələ görə tam qanunauyğun məsuliyyət tədbiri görəsiniz. Qanundakı boşluqların, ziddiyətlərin doğurduğu nəticələri vətəndaşın çiyinlərinə yükləmək olmaz.

Beləliklə, sərnişinlər üçün təhlükəsizlik kəməri olmayan avtomobilin sürücüsü heç bir halda İXM-in 342.2.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilərək 150 manat cəriməyə məruz qala bilməz. Belə sürücü yalnız İXM 342.5-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilər. O da bu şərtlə ki, kəmərlərlə bağlı nasazlığı aradan qaldıra bilməsin. Bu isə praktiki olaraq o deməkdir ki, sərnişinlər üçün təhlükəsizlik kəməri olmayan avtomobilin sürücüsünü buna görə məsuliyyətə cəlb etmək müşkül məsələdir.

Sonda bir məsələni də xüsusi vurğulamaq istəyirəm: sərnişinlər üçün təhlükəsizlik kəməri olmayan avtomobil texniki baxışdan da keçə bilməz...скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 677 28.02.17 17:04