Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Statistika dairəsinin yaxınlığında yerləşən parkda aparılan təmir ilə əlaqədar olaraq, həşin parkda yerləşən şair Mikayıl Müşfiqin büstünün aqibəti bir çoxlarını maraqlandırır.

Baku.ws xəbər verir ki, "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli məsələyə aydınlıq gətirib:

"Hörmətli media nümayəndələri!

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq Füzuli meydanı ətrafında və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır. Bu işlər çərçivəsində "Statistika dairəsi"ndə dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən və tanınmış heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayeva tərəfindən 1968-ci ildə yaradılan görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq yerləşdiyi ərazidən götürülüb. Yəni mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir.

"Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır.
Məlumat üçün bildirim ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində 5 dəfə böyük yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq. Qeyd edək ki, yenidənqurma işlərinin 1-1.5 aya yekunlaşdırılması planlaşdırılır."

Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
Anar Nəcəflidən Mikayıl Müşfiqin büstü barədə açıqlama - FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 332 27.02.17 16:34