Afaq Bəşirqızı: "Evimdə 14 erməni gizlətmişdim" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Afaq Bəşirqızı: "Evimdə 14 erməni gizlətmişdim"
Azərbaycanın xalq artisti Afaq Bəşirqızı femida.az-a Sumqayıt hadisələri ilə bağlı müsahibə verib.

Median.Az xəbər verir ki, aktrisa müsahibəsində 14 nəfər ermənini evində gizlətdiyini deyib:

"Sumqayıtdakı bir otaqlı mənzilimdə 14 nəfər ermənini və onlara gələn qonaqları gizlətmişdim. Edik, Şura, qızı, onun həyat yoldaşı və digər qonşumuz olan ər-arvad, oğlu, gəlini və nəvələr idi. İki gün evimdə qalandan sonra saat 01:30-da onları özüm şəxsən BTR -ə mindirib Füzulinin Tuğ kəndinə yola saldım”.

Afaq Bəşirqızı hadisədən sonra onlarla görüşmədioyini söyləyib:

"Onlardan xəbərim olmadı. Tuğ kəndində idilər. Sadəcə Ediklə sonuncu dəfə söhbət edəndə dedi ki, "Krunk”a üzv olmayanların siyahısı bayaq adını çəkdiyim həmin qara paltolu şəxslərin əlində olub”.

Xalq artisti ermənilərin yerini demək üçün ona pul təklif edildiyini vurğulayıb:

"Pul təklif etmişdilər ki, ermənilərin yerini deyim.Təklif edənləri tanımaq qeyri-mümkün idi, amma onlar məni çox çətin tanıdılar. Erməni saxladığıma görə kimsə məni satmışdı. Erməniləri evimizdə gizlətdiyimiz bir vaxtda qapımız döyüldü. Qara paltolu, şotland şarflı iki nəfər və onlarla bərabər 2-3 uşaq da qapıda dayanmışdı.

Qapı açılanda onlar məni tanımadı, amma yanlarındakı uşaqlar tanıdı və "Afaq xanımın evidir, evinizdə erməni var?” deyəndə hər iki şəxs təəccüblə biri-birilərinə baxdı. Məni tanıyırmış kimi salam verdilər. Elə bilirdim ki, onlar azərbaycanlıdır. Bizim dildə səlis danışırdılar. Təbii ki, onların azərbaycanlı olmadığını sonradan dərk etdim”.

Xatırladaq ki, 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində erməni separatçıların yaratdıqları "Krunk” təşkilatına pul köçürməyən ermənilər qətlə yetirilib. İğtişaşa "Paşa” ləqəbli Qriqoryan Eduard

Robertoviç adlı erməni başçılıq edib. Qriqoryana Sumqayıtda yaşayan və təşkilata kömək etməyən ermənilərin dəqiq siyahısı və ev ünvanları verilib.

Erməni təxribatı nəticəsində baş verən hadisələrdə meydanlara toplaşan insanları sakitləşdirməyə çalışan xalq artisti Afaq Bəşirqızı iğtişaşların səbəbkarı olaraq istintaqa cəlb olunub və güllələnmək təhlükəsi ilə üzləşib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 336 27.02.17 14:04