Qəbələdə möcüzəli ağaclar: onları başqa yerə aparanda dəyişirlər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Qəbələdə möcüzəli ağaclar: onları başqa yerə aparanda dəyişirlər - FOTO
Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən olan Həmzəlli kəndi özünün gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də el arasında Şıx baba kimi tanınan Seyyid Şeyx Molla Məhəmməd piridir. O, həm rayona gələn qonaqlar, həm də turistlərin diqqət mərkəzində olan abidələrdəndir.

Abidənin əsas özəlliyi məhz bu abidədə olan ağacların "Qırmızı kitab"a düşməsi və abidənin cox qədim tarixə malik olmasıdır.

Qəbələdə möcüzəli ağaclar: onları başqa yerə aparanda dəyişirlər - FOTO

Şıx baba pirindəki qəbirlərin üstündə nəfis işlənən yazılar həkk olunub


Abidə Şirvan-Abşeron memarlıq məktəbinə aid türbədən və sənduqələrdən ibarətdir. Orada olan qəbirlərin üstündə və sənduqələrin üzərində nəfis işlənən kitabələr və yazılar həkk olunub. Burada çox nəfis surətdə müxtəlif mürəkkəb çiçək və həndəsi naxışlarla işlənən qəbir daşlarına və yazılı sənduqələrə rast gəlmək mümkündür. Bu abidələrin təqribən XV-XVI əsrlərə aid olması haqqında fikir söylənilir. Lakin türbələrin ətrafında aparılan arxeoloji qazıntılar və tədqiqatlar zamanı təxminən 2000 il bundan əvvəllərə aid edilən qəbirlər də aşkarlanıb.

Həmzəlli kəndində dövlət tərəfindən qorunan bu tarixi abidə demək olar ki, dağılmaq üzrədir. Sonuncu dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb.



Qəbələdə möcüzəli ağaclar: onları başqa yerə aparanda dəyişirlər - FOTO

Bu abidələrin təqribən XV-XVI əsrlərə aid olduğu deyilir


Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilməsinə baxmayaraq, hələ də abidə ilə maraqlanan və ya onun yenidən bərpası haqqında fikirləşən olmayıb.

Bir neçə il bundan qabaq nazirliyin bir qrup əməkdaşı abidəyə baxış keçirib. Qısa zamanda smeta hazırlanaraq təmir işlərinə başlanacağı deyilsə də, bu, baş verməyib. Sonuncu dəfə 1929-cu ildə yerli sakinlər bu abidənin üzərində türbə tikiblər.


Qəbələdə möcüzəli ağaclar: onları başqa yerə aparanda dəyişirlər - FOTO

Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin baş meşəçisi İlqar Cəlilov


Qəbələ rayon Mədəniyyət və Turizm şöbəsindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirilib ki, artıq abidəyə baxış keçirilib və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinə müraciət edilib. Yaxın zamanlarda məsələ ilə bağlı müvafiq addımlar atılacaq.

İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200-1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir.

Maraqlıdır ki, burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir. Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin baş meşəçisi İlqar Cəlilov bu ağacların qorunduğunu və yalnız bu ərazilərdə bitdiyini deyir.//sputnik.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 993 25.02.17 17:00