Ağlamaqdan gözləri tutulan Xocalı şahidi dəhşətli gecədən danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Ağlamaqdan gözləri tutulan Xocalı şahidi dəhşətli gecədən danışdı - VİDEO
Xocalı soyqırımından 25 il ötür. Erməni vəhşiliklərindən canını güclə qurtaran ailələrdən biri də Bayramovlar ailəsidir. Hazırda onlar Gürcüstanın Marnueli şəhərində məskunlaşıblar. Bayramovlar da digər xocalılılar kimi fevralın 26-da öz yaxınlarını və doğmalarını itiriblər.

ARB 24 xəbər verir ki, qanlı faciənin canlı şahidləri o günləri xatırlamağın ağır olduğunu deyirlər. Həmin faciəni sözlə ifadə etməkdə çətinlik çəkirlər.

Gülnaz Çıldırlı - Xocalı sakini: "Dəhşətli gecənin səhəri getdilər ki, görsünlər kim sağ qalıb".

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Həmin gecə erməni cinayətlərinin canlı şahidlərindən biri də Lətifə Şabanovadır. O da bu vəhşiliyi öz gözləri ilə görüb. Müsahibimiz deyir ki, əsirləmizə görünməmiş zülmlər edilib.

Lətifə Şabanova - Xocalı sakini: "Getdik Ağdama, eşitdik ki, griovları çıxarırlar. Xalam qızının həyat yoldaşı da girovlardan biri idi. Getdik onu qarşılamağa, çox pis vəziyyətdə idi. Üst-başı qan idi, dişləri tökülmüşdü, döyülmüşdü".

Ömrünün xoş günlərini Xocalının Səfalı yerlərində keçirən 90 yaşlı Kətan nənənin isə o günlərdən danışmağa belə taqəti qalmayıb. Yurd həsrəti ilə gecələri ağlamaqdan gözləri tutulub. Kətan nənənin indi bir arzusu var...

Kətan Ələkbərova - Xocalı sakini: "Torpaqlarımız geri qaytarılsın. Xocalıya piyada gedəcəm, orada qurban kəsəcəm. O əyri yolları piyada gedib Xocalıya çıxacam".

Kətan nənənin bu arzusunun tezliklə reallaşmasını hər bir azərbaycanlı arzulayır. 25 il keçməsinə baxmayaraq Xocalı soyqırımı böyükdən kiçiyə hər kəsin qan yaddaşındadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması xarici siyasətimizin əsas istiqamətlərindən biridir. İndiyədək Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidə ucaldılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 568 25.02.17 15:44