Azərbaycan hökümətindən Ermənistana sərt açıqlama: "Peşman olcaqsınız" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Azərbaycan hökümətindən Ermənistana sərt açıqlama: "Peşman olcaqsınız"
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədov ötən gündən başlayaraq ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinə və Azərbaycan ordusunun mövqelərinə hücum etməsinə münasibət bildirib.

Median.Az-in "Report"-a istinadən verdiyi xəbərə görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, ermənilərin müxtəlif bəhanələrlə cəbhədə tez-tez təxribatlar törətməsi ilk dəfə baş vermir: "Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Heç görünür əl çəkmək də istəmirlər. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”.

O bildirib ki, cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatç,ı araqarışdıran xislətindən xəbər verir: "Qəti inanıram ki, Azərbaycan ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi indi də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər. Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən qalib çıxmağa hazırdır”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 451 25.02.17 14:19