Azərbaycanın ən yaşlı sakini - 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Azərbaycanın ən yaşlı sakini - 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var - VİDEO
Nəvə, nəticə hətta kötükcə... Azərbaycanın ən yaşlı vətəndaşı özündən 4 nəsil sonrakı övladları ilə xoşbəxdir. Ölkənin ən yaşlı sakini olan Vəsmə Abbasova Lənkəranın Gərmətük qəsəbəsinin sakinidir. Tam dəqiqləşdirilmiş məlumata əsasən, ağbirçəyin 104 yaşı var.

Median.Az xəbər verir ki, ulu nənənin 7 övladı, 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var.

Ölkənin ən yaşlı sakini ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir. Üstəlik dərman da qəbul etməyib. Bu yaşına baxmayaraq indi də səhhətində problem yoxdur. Vəsmə nənə sadəcə gözləri zəiflədiyi üçün tikişlə məşğul ola bilmir.

Vəsmə Abbasovanın ana və bacıları da 90 ildən çox yaşayıblar.

Qadının pasportunda yaşı 106 göstərilsə də, Fiziologiya İnstitutunun tədqiqatları pasport yaşına əsasən aparılmayıb. Tədqiqat heyətinin üzvü olmuş Sevinc Hüseynova qeyd edir ki, yaşın dəqiqləşdirilməsi üçün xüsusi üsullardan istifadə ediblər.

Aparılmış psixofizioloji testlər də göstərib ki, 104 yaşlı qadının yaddaşında da heç bir problem yoxdur.

Median.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 727 25.02.17 14:17