Evi sənədsiz olanları sevindirəcək xəbər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Evi sənədsiz olanları sevindirəcək xəbər
Aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və ölkənin digər şəhərlərində və rayon mərkəzlərində əhalinin sayına və ehtiyaclarına uyğun ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması təklif olunub.

Median.Az-in "Report”-a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2016-cı il üzrə illik məruzəsində qeyd edilib.

Bundan başqa, ombudsman əhalinin sayı və təlbatı nəzərə alınmaqla, ölkənin şəhər və rayonlarında yeni notariat kontorlarının və vəkillər tərəfindən hüquqi yardım göstərilən məsləhətxanaların təşkil edilməsini, ayrı-ayrı insanların mülkiyyətində və ya istifadəsində olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin müvafiq mənzillərə köçürülməsi işinin sürətləndirilməsini də təklif edib.
E.Süleymanovanın digər tövsiyəsi isə ondan ibarətdir ki, vətəndaşların mülkiyyət hüququnun reallaşması, yığılan vergilər və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlərin daxil olması, habelə vətəndaş-dövlət məmnunluğunun təmin edilməsi məqsədi ilə "Sənədsiz evlərə və onların altında olan torpaq sahələrinə mülkiyyət hüququnun tanınması haqqında” qanunun qəbul edilsin.

Eyni zamanda, yalnız gənc ailələr deyil, başqa yaş qruplarına aid olan şəxslərin də tədricən güzəştli ipoteka krediti imkanlarından yararlanması ilə bağlı mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi də təkliflər sırasında yer alıb. Həmçinin, mənzil probleminin həlli məqsədi ilə ölkə prezidentinin göstərişinə əsasən tikilən sosial mənzillərin ölkənin bütün ərazisində inşası prosesinin sürətləndirilməsi təklifi irəli sürülüb.

Qeyd edək ki, ombudsmanın illik məruzəsi Milli Məclisə təqdim olunub. Məruzənin Milli Məclisin mart ayında keçiriləcək plenar iclasında müzakirəyə və səsverməyə çıxarılacağı gözlənilirскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 858 25.02.17 14:06