Dilənçi uşaqdan etiraf: Mən oxumaq istəyirəm, amma... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:41 800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi  |     23:00 II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi  |     22:54 Erməni bəstəkarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi  |     22:52 "3-cü dalğaya qalib gəldik" - Merkel  |     22:50 Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO  |     22:48 Fransada qar uçqunu - Ölənlər var  |     22:47 Ölkəmizdə daha bir məhdudiyyət  |     22:47 Şəhid ailələrinə daha 40 mənzil təqdim olundu  |     22:45 Çox fikir etmək beyini kiçildir - TƏHLÜKƏ  |     22:44 Xəstəyə iki qaraciyər köçürüldü - Azərbaycanda İLK  |     22:39 Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI  |     22:38 7 gün ictimai nəqliyyat işləməyəcək  |     22:36 Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi  |     22:19 120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib  |     22:16 Bakı-Sumqayıt yolu bağlandı  |     22:11 Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb  |     21:58 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:36 "Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"  |     21:25 Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib  |     21:18 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları  |    

Dilənçi uşaqdan etiraf: Mən oxumaq istəyirəm, amma... - FOTO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda avaralıq, dilənçiliklə məşğul olan uşaqların və küçə uşaqlarının sayını açıqlayıb. Məlumata görə, ötən il 25 küçə uşağı aşkarlanıb. 2016-cı ildə avaralıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 512 uşaq müəyyənləşdirilib.

Dilənçiliklə məşğul olan küçə uşaqları hər yerdə qarşımıza çıxır. Ötən gün Sabunçu qəsəbəsində “Sən Əbəlfəz, mənə bir çörəkpulu ver”, “Sən Əbəlfəz bir hamburqer al yeyim” deyən 3 uşaq qarşımı kəsdi. Birinə 40 qəpik verdim. Digərləri “mənə də ver” deyə əl çəkmirdi. Sonra təklif etdim ki, gəlin şəklinizi çəkim, söhbət edək. Razılaşdılar. Tanış olduq. Onların adları belə idi: Yusif, Zeynəb, Mühəmməd.

Yusif danışır ki, valideyinləri var, amma dilənçiliklə məşğul olmaq onların adətidir, çünki qanlarında var:

— Yusif, Əbəlfəz kimdir? — Əlinin oğlu. — Əli kimdir? — İmamdır da. Mənim adım da peyğəmbər adıdır. Bu adlar hamısı “Quran”da var. — Sən “Quran” da oxuya bilirsən? — Mən yox, amma qardaşım oxuyur. O mənə danışır. — Bilirsən də, “Quran”da dilənçilik yoxdur. — Bilirəm, amma bu bizim adətimizdir, qanımızda var. Dilənməsək olmaz.

Dilənçi uşaqdan etiraf: Mən oxumaq istəyirəm, amma...  - FOTO


Yusif çox ağıllı oğlandır. Deyir ki, o da təhsil almaq istəyir, amma adətlər var ki, onlara əməl etmək məcburiyyətindədir. Yusifin dediyinə görə, yığdıqları pulu analarına verirlər.

Sonra balaca Yusiflə danışıb razılığa gəldik ki, mən ona şalvar-köynək gətirim. Dedi ki, səni şənbə günü gözləyəcəm. Razılaşdıq və bacı-qardaşını öz dillərində başa salıb, apardı.

Ölkəmizdə yüzlərlə belə uşaq var. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akiflinin sözlərinə görə, Azərbaycanda qaraçı deyil, roman qrupuna aid uşaqlar var: “Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da roman qrupuna aid olan yetərincə insan var. Dilənçiliklə təkcə onlar deyil, onların anaları, nənələri də məşğul olur. Roman qrupundan olan uşaqlar təkcə öz uşaqlarını deyil, başqalarının uşaqlarını da diləndirirlər. Bu onların mental dəyərləridir. Onların bütün dünyada işi eynidir — dilənmək. Yəni hansısa dövlət qurumu, hansısa şəxs bunların mental dəyərlərini dəyişə bilməz”.

Akifli bildirir ki, Azərbaycan Uşaqlar Birliyinin nəzdində 6 ildən çoxdur ki, Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi fəaliyyət göstərir. Burada ailəsi tərəfindən imtina edilmiş, atılmış, zorakılığa məruz qalmış uşaqlar yaşayır: “Sığınacaqda iki roman uşağı da var. Uşaqlardan birinin həyatı çox maraqlı idi. Uşağı metropolitendə aşkarlayıb bizə vermişdilər. Biz onun nənəsini axtarışa vermişdik. Nənə gəlib dedi ki, “dilənmək bizim adətimizdir, biz dilənərək yaşayırıq”. Amma uşaq dilənmək istəmədiyi üçün nənəsindən qaçıb, metropolitenə sığınmışdı. O, təhsil almaq, normal yaşamaq istəyirdi”. Müsahibimizin sözlərinə görə, roman qrupları istəsə, uşaqlarına dilənçiliyi aşılamaz. Amma bu adət-ənənə kökdən gəldiyi üçün, onlar uşağa körpəlikdən bunu öyrədirlər.

Akifli bildirir ki, bizə hər yerdə yaxınlaşıb imamların adını sadalayan, onların canına and verən romanlar əslində heç bir dinin nümayəndəsi deyillər. Roman qrupları yaşadıqları, məskunlaşdıqları ölkələrə uyğun olaraq özlərinə din seçirlər. İnsanları din tərəfindən vurmağa çalışırlar: “Onlar bizim dini ocaqlardan, pirlərdən, imamlardan istifadə edərək bizdən pul almağa çalışırlar. Bilirlər ki, din insanların ən zəif yeridir”.

Dilənçilik hansısa qrupda, millətdə adət-ənənə ola bilər, amma azyaşlı uşaqların dilənçiliyə məcbur edilməsi uşaq hüquqlarının pozulması deməkdir…

Mənbə: sputnik.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 038 24.02.17 18:17