Ağdaşda sürücü etibarnamə ilə avtomobil aldı, başına iş gəldi – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ağdaşda sürücü etibarnamə ilə avtomobil aldı, başına iş gəldi – VİDEO
Etibarnamə ilə aldığı avtomobilin üzərinə həbs qoyulub. Buna səbəb avtomobilin əvvəlki sahibinin borcunun olmasıdır.

Median.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Ağdaşın Qülbəndə kənd sakini Məhəmməd Cəfərovun atası 10 il əvvəl 30 illik etibarnamə ilə yük maşını alıb.

Atası 2015-ci ildə dünyasını dəyişdiyindən Məhəmməd Cəfərov avtomobilinin ilk sahibini taparaq 1 illik etibarnamə alıb. Bir müddət sonra isə nəqliyyat vasitəsini qardaşının adına qeydiyyata saldırmaq istədikdə problemlə üzləşib.

Məhəmməd Cəfərovun sözlərinə görə, avtomobilin əvvəlki sahibi bildirib ki, avtomobilə həbs külli miqdarda borcu olduğu üçün qoyulub.

İri və xırdabuynuzlu heyvanların alveri ilə məşğul olan Məhəmməd Cəfərov indi öz yük maşınından istifadə edə bilmir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilin üzərinə sadəcə həbs qoyulubsa, etibarnamə verilə bilər. Həbsdən əlavə istismarına qadağa qoyulduqda isə etibarnamə vermək mümkün deyil.

Ekspert deyir ki, Məhəmməd Cəfərov məhkəmədə iddia qaldıraraq yük maşının ona məxsus olduğunu sübut edə və həbsi ləğv etdirə bilər. Burada avtomobilin əvvəlki sahibinin ifadəsi də önəmli rol oynayır.

Median.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 251 24.02.17 13:10