Qonşular olmasayadı çoxdan donmuşduq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:09 Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb  |     20:56 Ərdoğan Türkiyədə vurulan vaksin sayını açıqladı  |     20:55 TikTok yenilənir  |     20:33 Qəbələdə 23 yaşlı qız intihara cəhd edib  |     20:07 Füzulidə daha bir erməni əsgərin cəsədinin qalıqları tapıldı  |     19:59 "Twitter"in işində nasazlıq yaranıb  |     19:43 Daha bir həkim koronavirusdan vəfat etdi (FOTO)  |     19:15 Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür  |     18:58 Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO  |     18:35 Yeni pandemiya XƏBƏRDARLIĞI  |     18:23 Bakıda taxta tullantıları yanıb  |     18:14 Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?  |     17:58 Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edib  |     17:48 Rusiyada helikopter sərt eniş edib, pilot ölüb  |     17:36 Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub  |     17:22 Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən danışdı  |     17:11 Azərbaycanın yeganə keçəçi-rəssamı vəfat etdi  |     17:05 Nazim İbrahimovun qardaşı barəsində həbs qərarı verildi  |     16:59 Bələdiyyə sədri 3 min manat məbləğində cərimələndi  |     16:54 Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - FOTO  |    

Qonşular olmasayadı çoxdan donmuşduq - FOTO
6 uşaq anası deyir, qonşular olmasa, çoxdan donmuşdular

“Bir var, gün ərzində qaz kəsilə, sonra yenə bərpa ola... Lap 2-3 gün qazsız qalasan... Bir də var, 2017-ci il girəndən qaz kəsilə, bir də bərpa olmaya…”

Qobu qəsəbəsinin aşağı məhəllələrinin sakinləri AzadlıqRadiosuna danışırlar ki, 2 aya yaxındır odun ümidinə qalıblar.

“EVDƏ DƏ ODUN YANDIRIRIQ”

Məhəllə sakini Nurəddin Kərimovun sözlərinə görə, qaz idarəsinə gedib-gəlməyin vaxt itkisi olduğunu anlayanda, maşınla odun almaq qərarına gəlib:

“Həyətdə ocaq qalayırıq, çay qoyuruq, yemək hazırlayırıq… Evləri də elektrik cihazlarıyla qızdırırıq. İşıq kəsiləndə evdə də odun yandırırıq”.


Qonşular olmasayadı çoxdan donmuşduq - FOTO


Azərbaycan, Astara, sentyabr 2016

Digər sakin Səfa Fərəcovsa deyir, bəzi məhəllələrdə qaz var, ancaq təzyiq o qədər aşağıdır ki, odun yandırmaqdan başqa çarə yoxdur:

“Axşam yatmağa gedəndə çayniki qoyuruq, səhərə yaxın ayılırıq ki, hələ qaynamayıb. Bu qədər aşağıdır təzyiq… Elə yox kimi şeydir… Yeməyi gah ocağa qoyuruq, gah qaz plitəsinə, sonra yenə götürüb ocağa qoyuruq. Bax belə qarışıq durumda qalmışıq. Ya bu qazı yerli dibli ləğv eləsinlər, bilək ki, bu ölkədə qaz deyilən şey yoxdur, ya da qazı elə versinlər ki, yararlana bilək”.

“İNSAFINIZ OLSUN, QAZ VERİN”

Təkbaşına 6 uşaq saxlayan Könül Alxasovanın durumunu ağırlaşdıransa öhdəsində azyaşlıların olmasıdır. O, uşaqların tez-tez xəstələndiyini deyir. Bir də deyir ki, qonşular olmasaydı, çoxdan donmuşdular:

“Yoldaşım həbsdədir. Uşaqların böyüyü 14, kiçiyi 3 yaşındadır. İki dəfə qonşularım yığışıb mənə odun alıb. Uşaqların dərmanını da qonşular alıb verir. Soyuq olduğu üçün tez-tez xəstələnirlər. Bir dəfə uşaqları da yığıb apardım tökdüm “Azəriqaz”ın qabağına. Dedim, donurlar, saxlaya bilmirəm. İnsafınız olsun, qaz verin, uşaqların canını isidək. Qapıda dayanan dedi, ‘elə bilirsən burdakıların öz evində qaz gəlir? Bütün ölkə bu gündədir’”.

Qonşular olmasayadı çoxdan donmuşduq - FOTO


Qaz peçi

Abşeron rayon qaz idarəsindən “Qaynar xətt”ə bildirilib ki, Qobunun aşağı və yuxarı məhəllələrində qaz problemi yoxdur:

“Təzyiq aşağı ola bilər, ancaq mütləq qaz var. Təzyiqin aşağı olması isə bizdən asılı səbəbdən deyil. Biz də istəyirik ki, şikayət, narazılıq olmasın, ancaq nə edə bilərik, imkan daxilində çalışırıq ki, abonentlərin narazılığı aradan qaldırılsın”, – idarədən bildirilib. //criminal.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 457 21.02.17 18:32              

TikTok yenilənir

45   Dünya 17-04 20:55