Bakının mərkəzi hissəsində körpü uça bilər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var - FOTO  |     16:34 Serj Sarqsyanın qardaşı oğlu həbs edildi  |     16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |    

Bakının mərkəzi hissəsində körpü uça bilər - FOTO
Mərkəzi Neftçilər Xəstəxanasından "28 May" küçəsi istiqamətinə gedən yolun üstündəki körpü uçma təhlükəsi ilə üzləşib.

AzadlıqRadiosu-nun ərazidə olan əməkdaşı bu haqda xəbər verib.

Sözügedən körpü sovet dönəmində inşa olunub.

Xəstəxana istiqamətindən gələn yol birtərəflidir. Ancaq körpünün dayaq sütunu yolu iki hissəyə bölür. Hazırda yolun bir hissəsi hərəkətə qapadılıb.

Yaxınlıqda yaşayanların deməsinə görə, bir neçə gün əvvəl yolda qəza baş verib.

“İri tonnajlı sement daşıyan “pompa” tipli yük avtomobili körpüyə çırpılıb. Hazırda körpüdə iri çat əmələ gəlib”, sakinlər deyiblər.

Sakinlər üzərindən qatar yolu keçən körpüdə son illərdə təmir işləri aparılmadığını bildiriblər.

Körpüdə çat əmələ gəlməsindən sonra da hər hansı təmir işləri aparılmayıb. Sadəcə, körpünün uçma təhlükəsi olan hissəsi hərəkətə qapadılıb.

Məsələyə, əlaqəli qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

Bakının mərkəzi hissəsində körpü uça bilər - FOTO
Bakının mərkəzi hissəsində körpü uça bilər - FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 139 21.02.17 18:13