Park fontanqarışıq söküldü, yol çəkildi, Şah Xətai qaldı ortalıqda - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var - FOTO  |     16:34 Serj Sarqsyanın qardaşı oğlu həbs edildi  |     16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |    

Park fontanqarışıq söküldü, yol çəkildi, Şah Xətai qaldı ortalıqda - FOTO
Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində, mərkəzində Xətainin heykəli qoyulan park-fəvvarə kompleksi iki həftə əvvəl söküldü. Həmin kompleks 2015-ci ildə istifadəyə verilmişdi. Əvəzində "Azəravtoyol” ASC parkın ərazisi hesabına Y. Səfərov küçəsinin bir neçə əlavə zolaqla genişləndirilməsi üçün işlərə başladı.

Median.Az-in Virtualaz.org-a istinadən xəbərində bildirilir ki, artıq dağıdılan parkın yerində yeni yolayırıcının tikintisi başa çatmaq üzrədir. Hazırda yolun qrunt hissəsinin döşənməsi tamamlanır, asfaltlama başlayır. Ancaq sökülən parkda qoyulmuş Şah İsmayl Xətai heykəli hələ yerindədir. Qılıncını dizinin üstünə qoyub dərin fikrə dalmış Şah ətrafı bürümüş tozanaqla heç cür uzlaşmır.

Kompleksin uçurulub dağıdılmasından sonra heykəlin gələcək aqibətini hələ heç kim bilmir. Bir müddət öncə heykəlin yaxınlıqda yerləşən "Lalələr” parkına köçürüləcəyi deyilsə də, bu məlumat öz təsdiqini tapmadı.

Heykəlin köçürülməsini isə heç bir dövlət orqanı öz üzərinə götürmək istəmir. Xətai Rayon İcra Hakimiyyəti bunu Mədəniyyət və Turizm Nazirliyinin üzərinə, nazirlik isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) üzərinə atır. Xətai rayon icra hakimiyyətindən "AzadlıqRadiosu”na verilən məlumata görə, heykəl Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Yolun genişləndirilməsi üçün sifarişi isə BŞİH verib.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirirlər ki, onlara hər hansı rəsmi qurum, o cümlədən BŞİH tərəfindən müraciəti olunarsa, heykəlin başqa yerə köçürülməsi məsələsi gündəmə gələ bilər.

Qeyd edək ki, Ş.İ.Xətainin heykəli həmin əraziyə 1993-cü ildə iyul ayının 4-də qoyulub. Heykəlin məhz şəhərin bu istiqamətində qoyulması isə hava limanından Bakının mərkəzinə gedən yoldan keçən qonaqların Azərbaycan tarixi ilə bağlı məlumatlandırılması məqsədi daşıyıb.

Park fontanqarışıq söküldü, yol çəkildi, Şah Xətai qaldı ortalıqda - FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 743 21.02.17 16:24