İlhamə Quliyevanın oğulluğu ilə bacısı arasında yas qalmaqalı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |     19:52 Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu  |    

İlhamə Quliyevanın oğulluğu ilə bacısı arasında yas qalmaqalı
“Orxan şou yaradır. Bizim Orxanın fevralın 24-də verəcəyi İlhamə Quliyevanın ildönümü mərasimindən xəbərimiz yoxdur. İlhamə xanımın ailəsi bizik, ili də fevralın 25-də “Təzəpir” məscidində olacaq”.

Median.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar xanım deyib.

O, İ.Quliyevanın oğulluğu Orxan Nadirovun fevralın 24-də il verməsi ilə bağlı xəbərə münasibət bildirib:

“İlhamə mənim bacımdır, ona ildönümü keçirmək mənim işimdir. Hamı, eləcə də İlhamə xanım sağlığında Orxanı oğul kimi qəbul etmədi. Əgər istəsəydi, onu rəsmi şəkildə oğlu kimi qəbul edərdi, amma etmədi, istəmədi. Orxan nə etmək istəyir? Konstitusiya qanunlarını dəyişdirəcək?

Orxan düzgün yolda deyil. İlhamə hörmətli, tanınmış, sevimli xanım olub. Bu hərəkəti ilə Orxan ona ancaq xələl gətirməyə çalışır. Əl çək də, kimə lazımdır sənin etdiklərin? Birinci gündən ona dedik ki, ailənin yanında ol. Amma Orxan mirasın tək varisi olmaq istədi. Bir ildir məhkəmələri gəzir. Axı tək varis ola bilməzsən... İlhamə Quliyeva Orxanı sağlığında istəmədi, ölən ana qədər də bu sözünü dedi”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 702 21.02.17 16:00