Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |     19:52 Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu  |     19:40 Azərbaycan alkoqollu içkilərə nə qədər xərc çəkib?  |     19:25 Salyan sakinlərindən "patı" aşkarlandı  |     19:24 Azərbaycanda 9 yaşlı uşaq su kanalında batdı  |     19:19 Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib  |     19:16 Əfqanıstanda partlayış: Ölən və yaralananlar var  |     19:15 Türkiyədə təlimdə olan pilotlarımızın bir qrupu Vətənə qayıtdı  |     19:06 Həbib Nurməhəmmədov azərbaycanlı idmançını təbrik etdi - FOTO  |     19:04 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"  |     18:49 Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA  |     18:17 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 29 nəfər vəfat edib - FOTO  |     18:02 Azərbaycanda köməksiz qalan 35 nəfər xilas edildi - VİDEO  |     17:51 Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb  |     17:46 Qondarma rejimin “bayrağ”ını silən polis kimdir? - FOTO/VİDEO  |     17:28 Maqsud Mahmudovun Ukraynadan Azərbaycana gətirilmə anı - VİDEO  |    

Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Azərbaycan prezidentinin sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, hazırda sözügedən yolda qazma-dolma işləri, yol yatağının və yol əsasının inşası işləri həyata keçirilir.

Ümumi uzunluğu 9 km olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Sözügedən yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır.

5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılacaq, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılacaq.

Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılacaq. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Ümumilikdə yolun təqribən 68 min kv.m. sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri aparılacaq.

Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1.5 metr təşkil edəcək.

Yolun tikinti işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Tikinti işlərini “Azəravtoyol” ASC texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.

Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO + VİDEO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 407 21.02.17 15:45