Nazir: Türkiyə Azərbaycana gömrük güzəştləri təqdim edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |     19:52 Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu  |     19:40 Azərbaycan alkoqollu içkilərə nə qədər xərc çəkib?  |     19:25 Salyan sakinlərindən "patı" aşkarlandı  |     19:24 Azərbaycanda 9 yaşlı uşaq su kanalında batdı  |     19:19 Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib  |     19:16 Əfqanıstanda partlayış: Ölən və yaralananlar var  |     19:15 Türkiyədə təlimdə olan pilotlarımızın bir qrupu Vətənə qayıtdı  |     19:06 Həbib Nurməhəmmədov azərbaycanlı idmançını təbrik etdi - FOTO  |     19:04 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"  |     18:49 Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA  |     18:17 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 29 nəfər vəfat edib - FOTO  |     18:02 Azərbaycanda köməksiz qalan 35 nəfər xilas edildi - VİDEO  |     17:51 Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb  |     17:46 Qondarma rejimin “bayrağ”ını silən polis kimdir? - FOTO/VİDEO  |     17:28 Maqsud Mahmudovun Ukraynadan Azərbaycana gətirilmə anı - VİDEO  |     17:01 Bazar gününə olan hava proqnozu AÇIQLANDI  |     15:53 Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO  |     15:40 Azərbaycanda dəhşətli qəza: Sürücü iki gözətçini vurdu - VİDEO  |    

Nazir: Türkiyə Azərbaycana gömrük güzəştləri təqdim edəcək
“Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır”.

Median.Az xəbər verir ki, bunu Trend.az-a Türkiyənin Ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib.

Onun sözlərinə görə, Türkiyənin şərq vilayətlərinin tələbatını təmin etmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər: “Bununla belə, Türkiyə Ümumdünya Ticarət Tәşkilatının qaydalarına uyğun fəaliyyət göstərməlidir”.

F.Çelik qeyd edib ki, Türkiyə Nazirlər Kabineti ötən il “Sərhədyanı ticarətin nizamlanması haqqında” qərar qəbul edib. Bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək:

“Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallara münasibətdə gömrük rüsumunun sıfır dərəcəsi tətbiq ediləcək. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında “birləşdirici halqa”dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün Türkiyə ilə danışıqlar aparıldığını bildirmişdi.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 088 21.02.17 13:11