Sabah Bakıda 12 dərəcəyədək isti gözlənilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var - FOTO  |     16:34 Serj Sarqsyanın qardaşı oğlu həbs edildi  |     16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |    

Sabah Bakıda 12 dərəcəyədək isti gözlənilir
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 1-4, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 558 21.02.17 13:07