Ziya Məmmədov daha 3 vəzifəsini itirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Ziya Məmmədov daha 3 vəzifəsini itirdi
Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi. Sərəncamdan sonra Ziya Məmmədov nazir vəzifəsini itirmiş oldu.

Bundan başqa, sabiq nazir Prezidentin 18 noyabr 2015-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı sərəncamla təşkilat komitəsinin üzvləri sırasında təmsil olunurdu.

Median.Az-in Unikal.org-a istinadən verdiyi məlumata görə, Ziya Məmmədov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, sabiq nazir 2017-ci ildə Bakıda keçiriləcək Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Təşkilat Komitəsinin üzvlüyündən də çıxarılıb.

Beləliklə, Ziya Məmmədov nazir postundan getməklə daha üç vəzifəsini itirmiş oldu. Onu da nəzərə çatdıraq ki, Ziya Məmmədovu həmin vəzifələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əvəzləyəcəkскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 144 21.02.17 12:41