Bakının tıxac problemini həll edəcək unikal Mərkəz - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Bakının tıxac problemini həll edəcək unikal Mərkəz - VİDEO
Bakı Nəqliyyat Agentliyi yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "Xablar konsepsiyası" çərçivəsində daha bir layihəni uğurla reallaşdırıb. Söhbət, "Lökbatan” dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasından gedir. Mərkəzin yaradılmasında məqsəd, paytaxtin cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır.

BNA-dan Baku.ws-ə verilən məlumata görə, gün ərzində Qaradağ rayonunun qəsəbələrindən və şəhərin mərkəzindən müntəzəm sərnişindaşıma xidməti göstərən 14 marşrut üzrə 70-80 ədəd orta və iritutumlu avtobusun daxil olduğu Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahatlığı nəzərə alınaraq 5 dayanacaq pavilyonu quraşdırılıb.

"Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasını şərtləndirən digər vacib məqam isə dairə yaxınlığından müəyyən intervallarla ölkənin müxtəlif şəhər və rayonlarına ümumilikdə 50-60 ədəd kiçik və iritutumlu avtobusların hərəkət etməsi, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıma xidməti göstərməsidir.

Bununla yanaşı, "Lökbatan” dairəsi istiqamətində müntəzəm sərnişindaşıma xidməti göstərən müxətlif növ nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradırdı. Xüsusi ilə yol kənarında dayanacaq və gözləmə məntəqələrinin olmaması səbəbindən vətəndaşlar avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Belə olduğu halda, avtobus və taksilər sərnişinlərin minib-düşməsinə ciddi təhlükə yaratmaqla bərabər, günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdular.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 038 21.02.17 12:31